Məhkəmə qərarları › İş №2(018)-32/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-32/2024

15.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-32/2024 15.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdeh qarşı “torpağın tikintidən azad edilməsi, qanunsuz və özbaşına tikilmiş evin sökülməsi, torpağa mülkiyyət hüququnun onlara qaytarılması, vicdansız sahib kimi 15 ildə əldə olunmuş gəlirlərin əvəzi olaraq 45.000 manat pulun alınması tələbinə dair” iddiası üzrə mülki işə Astara rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 Cavabdeh qarşı “torpağın tikintidən azad edilməsi, qanunsuz və özbaşına tikilmiş evin sökülməsi, torpağa mülkiyyət hüququnun onlara qaytarılması, vicdansız sahib kimi 15 ildə əldə olunmuş gəlirlərin əvəzi olaraq 45000 (qırx beş min) manat pulun alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Astara rayonu Kijəbə qəsəbəsində iddiaçıların əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində tikdiyi yaşayış binasının sökülməsi, həmin torpaq sahəsindəki ağacların 15 ildə bəhərindən əldə olunan gəlirdən cəmi 45000 (qırx beş min) manat pulun alınıb onların xeyirlərinə verilməsi, 0,39 hektar torpağın mülkiyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddialarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03№-li qərarı ilə 25 may 1999-cu il tarixdə İN:0330 nömrəsi, 08102018 kodu ilə Astara rayonu Kijəbə qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən 0.39 hektar torpaq sahəsi ayrılaraq, onların ömürlük mülkiyyətlərinə verilmişdir. Ailələrinin maddi durumu son dərəcədə əlverişsiz olduğundan ilk illərdə mülkiyyətlərinə verilmiş torpaq sahəsində sitrus ağacları və digər kənd məhsulları əkib becərə bilməmişlər. Həmçinin ailənin başçıları dolanışıq əldə etmək üçün Bakı şəhərinə gedərək müvəqqəti orada yaşamağa başlamışlar. Cavabdeh ailənin müvəqqəti Kijəbə qəsəbəsində olmamasından istifadə edərək, təxminən 2000-ci ildən mülkiyyətlərində olan torpaq sahəsini özbaşına zəbt edərək, orada sitrus ağacları əkib-becərmişlər, qanunsuz yaşayış evinin inşaasına başlamışlar. Hər dəfə onlar cavabdehin qanunsuz hərəkətlərini onun diqqətinə çatdırarkən onlara torpağın hər sotu üçün qüvvədə olan məzənnə əsasında dəyərin verəcəyini vəd etmiş, lakin tikinti apardığından maddi cəhətdən vəziyyətinin ağır olmasını nəzərə almaları və bu üzdən pulun ödənilməsi üçün vaxt vermələrini xahiş etmiş, bu minvalla 15-20 il vaxtı ötürmüşdür. Təxminən 2022-ci ildən isə mülkiyyətlərində olan torpaq sahəsi üçün heç bir pul ödəməyəcəyini bildirmiş, onların istənilən yerə şikayət versələr də hər hansı bir uğur qazana bilməyəcəklərini söyləmişdir. Mülki məcəllənin 1575-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də onlara məxsus torpaq sahəsini tutduğu 2000-ci ildən sitrus bitkilərinin əkilməsindən onun bəhər vermə müddət 5 il müddət çıxıldıqdan sonra, 15 il ərzində cavabdehin götürdüyü hər ilə 3 min manat məbləğində gəlirlərin əvəzi olaraq 45 min manat verilməlidir. Cavabdehin Astara rayonu Kijəbə qəsəbəsində iddiaçıların əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahsinin üzərində tikdiyi yaşayış binasının sökülməsi, həmin torpaq sahəsindəki ağacların 15 ildə bəhərindən əldə olunan gəlirdən cəmi 45.000 ( qırx beş min) manat pulun alınıb onların xeyirlərinə verilməsi 0,39 hektar torpağın mülkiyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-330 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ından məlum olur ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X9 və X6 xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6634 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2370/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-330 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə faktiki vəziyyətə uyğun 0,38 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-330 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha (faktiki 0,38 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh istifadəsində olan həmin 0,38 ha torpaq sahəsi üzərində cavabdehə məxsuş fərdi yaşayış evinin, köməkçi tikilinin (sarayın) və çoxillik ağac bitkilərinin mövcud olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş AA0470750 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İşə materialına əlavə edilmiş AZİİ 091206 seriya və nömrəli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X5 ilə X13 arasında nikah bağlanmış, arvada Həsənalıyeva soyadı verilmişdir. İşə materialına əlavə edilmiş AZİ 480135 seriya və nömrəli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X7 ilə X9 arasında nikah bağlanmış, arvada Sovqatova soyadı verilmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6634 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar