Məhkəmə qərarları › İş №2(018)-32/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-32/2025

26.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-32/2025 26.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 İddiaçı2 cavabdehlər X11 və X3 qarşı “tikilinin sökülməsi, gedişgəliş yolunun açılması, vurulmuş maddi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus torpaq sahələrində X5, X2 inşa etdikləri və istifadələrində (sahibliyində) olan tikilinin onların hesabına sökülməsi və zəbt etdikləri iddiaçılara məxsus torpaq sahəsindən çıxmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus olan 8 sotdan ibarət torpaq sahəsi ünvan 1 ünvanı Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi 16 fevral 1968-ci ildə X1 adından oğlu X4 adına qeydiyyata alınmışdır. X10 vəfat etdikdən sonra X12 torpaq sahəsi və evə sahiblik etmiş və onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən iddiaçının 0,05 ha torpaq sahəsi və JN663B seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən isə 0,03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində İddiaçı1 qardaşı İddiaçı2dir. O, uzun müddətdir ki, Almaniyada yaşayır. Qardaşı İddiaçı2 ölkədə olmamasından istifadə edən cavabehlər onlara məxsus torpaq sahəsində özbaşına tikinti işləri aparıb tikili inşa etmişdir. Bu hala birdəfəlik son qoyulmalıdır. Çünki onlar hər dəfə bu cür qanunsuz hərəkətin qarşısını ala bilmirlər. Cavabdehlər özlərinə aid olmayan və mülkiyyətlərində olmayan torpaq sahəsində tikinti aparmışlar. Cavabdehlərin apardığı qanunsuz tikinti sahəsinin sxemini əlavə etmişlər. Cavabdehlər X11 və X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən mütəxəssis Quliyev Qiyas izahatında göstərmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,03 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur. Sözügedən 0,03 ha həyətyanı torpaq sahəsinin cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsindən kənarda yerləşməsi müəyyən olunmuşdur. JN-663A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1 və X7 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər X11 və X6 tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. JN-663B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsindən kənarda yerləşdiyindən həmin 0,03 ha torpaq sahəsinin cavabdehlər X11 və X6 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. JN-663A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1 və X7 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində cavabdehlər X11 və X6 tərəfindən tikilinin inşa edilibedilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. JN-663B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsindən kənarda yerləşdiyindən həmin 0,03 ha torpaq sahəsinin üzərində cavabdehlər X11 və X6 tərəfindən hər hansı tikilinin inşa edilməməsi müəyyən olunmuşdur. Faktiki olaraq iddiaçının istifadəsində olan torpağın koordinatlarına görə 20 kv kəsili vardır. Həmin kəsilinin dəqiq koordinatlarını çıxara bilmirlər. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini, mütəxəssisi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN–663A, KOD 80101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə 0,05 hektar həyətyanı torpaq sahəsi X7 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilib; JN – 663B, KOD 80101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə 0,03 hektar həyətyanı torpaq sahəsi X7 və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilib; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6981 saylı, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN- 663A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyətilə fakiki vəziyyətin müqayisəli təhlili mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663B (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,03 ha həyətyanı torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Sözügedən 0,03 ha həyətyanı torpaq sahəsinin cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsindən kənarda yerləşməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən Astara rayon Aqrar Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərar, əsasında JN-663A (KOD 8010,004) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mumkun olmamışdır. Buna görə də JN-663A (KOD ********) nömrəli "Torpaqın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı1 və X7 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər X11 və X6 tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı, əsasında JN-663B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehlərin istifadəsinə olan mübahisəli torpaq sahəsindən kənarda yerləşdiyindən həmin 0,03 ha torpaq sahəsinin cavabdehlər X11 və X6 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi idarəsinin xx.xx.2024-cücü il tarixli, 3-21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı1 və X7 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində cavabdehlər X11 və X6 tərəfindən tikilinin inşa edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Araşdırma zamanı İddiaçı1 və İddiaçı2 iddia etdiyi torpaq sahəsinin üzərində cavabdehlər X8 və X3 məxsus tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-2447/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663B (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı1 və X7 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsindən kənarda yerləşdiyindən həmin 0,03 ha torpaq sahəsinin üzərində cavabdehlər X11 və X6 tərəfindən hər hansı tikilinin inşa edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı1 və X7 mülkiyyətlərində olam həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə cavabdehlər X11 və X6 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyil. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, hazırkı iş üzrə isə iddiaçların mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçıların vəkilinin və mütəxəssisin izahatı, mütəxəssis rəyi, ekspert rəyi və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı1 və X7 mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə cavabdehlər X11 və X6 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpağın koordinatlarına görə 20 kv kəsili vardır. Lakin həmin kəsilinin dəqiq koordinatlarının çıxarılması mümkün deyil. Qeyd olunan 20 kv kəsili istənilən yerdən, yəni hasar tərəfdən və yol tərəfdən ola bilər. Bu səbəbdən həmin kəsilinin cavabdehlər tərəfindən zəbt olunması sübuta yetilmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qərarda həmçinin göstərilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində, eyni zamanda sahibliyində olmasını təsdiq edəcək sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyinə əsasən iddiaçların hüquq müəyyənedici sənədində göstərilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmadığı, yəni həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaçılar cavabdehlərin tikinti apardığı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunmasını qeyd etsələr də, onlar tərəfindən məhkəməyə cavabdehlərin istifadəsində olan torpaq sahəsinin iddiaçılara məxsus olmasını, həmçinin həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin qeyd olunmalıdır ki, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində öz əksini tapmışdır. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur. Həmin hala uyğun olaraq məhkəmə qeyd edir ki, cavabdehlərin tikinti apardığı torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının olmasına dair tərəflər hər hansı bir sübut təqdim etmədiklərindən mövcud tələb üzrə subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İddiaçı2nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. İş materialında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün isə 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. Eksperiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair ekspert rəyinin alınması üçün ekspertiza xərcinin dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 95 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçıların özünə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X11 və X3 qarşı “mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün 95 manat məbləğində xidmət haqqından ibarət 195 manat məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar