Məhkəmə qərarları › İş №2(018)-321/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-321/2024

29.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-321/2024 29.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 iddia ərizəsində xx.xx.2010-cu il tarixdə vəfat etmiş Cavabdeh2 cavabdeh kimi göstərməklə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişlər. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar X1, İddiaçı2, İddiaçı4, İddiaçı3 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar