Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-326/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakların mənzildən çıxarılması” tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzildən Cavabdehsahib qızına məxsus əşyaların cavabdehin hesabına çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlini olmuşdur. Cavabdeh oğlu Qalib Fərziyevdən ayrılandan sonra ona məxsus cehiz əmlaklar yaşadığı Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzildə qalmışdır. Cavabdeh ümumiyyətlə adı çəkilən mənzildə yaşamamışdır. Cavabdehə məxsus cehiz əmlakların mənzildən çıxarılmasını tələb etsə də buna nail ola bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, keçmiş həyat yoldaşı X2 nikahdan ayrılmışdır. 2 oğlan uşağı ilə mərhum atasına məxsus köhnə darısqal təmirsiz evdə müvəqqəti olaraq anası ilə qalır, aliment pulunu vaxtı-vaxtında ödəmirlər. X1 Bakı şəhəri Hökməli qəsəbəsində fərdi ev alıb orada yaşayır. Evi olmadığına görə hazırda cehiz əşyalarını yığmağa yeri yoxdur. May ayına qədər möhlət veriləcəyi təqdirdə həmin əşyaları evdən çıxara bilər. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 154 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Astara rayon İHB-nin 24 dekabr 2020-ci il tarixli 113 nömrəli Sərancamından Çıxarış-dan görünür ki, Miki kənd sakini, ailə üzvlərinin sayı 7 nəfər olan İddiaçı adına ünvan 3 ünvanında yerləşən 36 mənzilli binada sahəsi 80.25 kv.m, 3 otaqdan ibarət 36 nömrəli mənzil sənədləşdirilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MŞL-01642 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasının küçirilməsi mümkün olmamışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 50 manat dövlət rüsumu ödənimişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya sessiyasında iştirak üçün 50 manat dövlət rüsumu ödənimişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hazırda iş üzrə Cavabdeh hazırki iş üzrə İddiaçı oğlu X3 ilə rəsmi nikaha daxil olmuş, Cavabdeh özünə məxsus cehiz əmlaklarını İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzilə daşımışdır. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş, Cavabdeh anasına məxsus evə köçmüşdür. Lakin ona məxsus cehiz əşyaları keçmiş qaynatası İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzildə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, Cavabdeh qayınatasına məxsus evdən istifadə hüququ olmadığından, çıxarılması tələb edilən əşyalar ona məxsus cehiz əşyaları olduğundan, həmin əşyaların mülkiyyətçiyə məxsus evdə saxlanılması əsassızdır, mülkiyyətçinin hüquqularının pozulması ilə nəticələnir. Bu səbəbdən iddia təmin edilərək, İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzildən Cavabdehsahib qızına məxsus cehiz əşyaları Cavabdehsahib qızının hesabına həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsi, ev 122 A, 36 nömrəli mənzildən Cavabdehsahib qızına məxsus cehiz əşyaları cavabdehin hesabına həmin mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdehsahib qızından alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-326/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-326/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver