Məhkəmə qərarları › İş №2(018)-33/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-33/2023

01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-33/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi İddiaçı4 Cavabdeh iştirakı ilə, İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “torpaq sahəsinə gedən yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı4 və qeyriləri cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “torpaq sahəsinə gedən yolun açılması və sair tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı4 ərizə ilə Məhkəməyə müraciət edərək mübahisənin məhkəməyə qədər həll olunmasını göstərib, ərizəsinin geri qaytarılmasını xahiş etmiş, işin baxılmasında iştirak edən Cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərişıq ASC-yə qarşı “Qanunsuz hesablanmış elektrikdən istifadə pulunun abunə kodundan silinməsi tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanmalı və ərizə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı4 və qeyrilərinin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “torpaq sahəsinə gedən yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar