Məhkəmə qərarları › İş №2(018)-33/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-33/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-33/2025 01.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X45 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı X3, X1 və cavabdeh X4, nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar X13, X6 və İddiaçı3 cavabdehlər X15, X16, X21, X22, X23, X24, X30 və Astara rayonu Şüvi kənd Bələdiyyəsinə qarşı yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçılar X13, X6 və İddiaçı3 cavabdehlər X15, X16, X21, X22, X23, X24, X17 qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Rüfulla oğlu, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı, Cavabdeh8 mülkiyyətində olan olan 0,20 ha torpaq sahəsinin, 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8m, uzunluğu 35 m) olan hissəsi bir hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,078 ha hissəsindən (eni orta hesabla 3,8 m,uzunluğu 20 m) olan torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər İddiaçılar X13, X6 və İddiaçı3 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı, Cavabdeh8 mülkiyyətində olan olan 0,20 ha torpaq sahəsinin, 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8m, uzunluğu 35 m) olan hissəsi bir hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,078 ha hissəsindən (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) olan torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün servitutla yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar cavabdehlərlə Astara rayonu Sərək kəndi ərazisində yerləşən torpaq sahələrində qonşu olaraq yaşayırlar. Onların yaşadıqları torpaq sahəsi ulu babalarından miras qalmışdır. Həmin torpaq sahəsinə gedən yeganə yol olmuş və uzun illər boyu həmin yoldan istifadə etmişlər. Hal-hazırda isə yol cavabdehlər tərəfindən tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, onlar əvvəllər də həmin yolun istifadəsinə dair məhkəmədə iddia qaldırmış və məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, yolun 0,0169 ha hissəsi (eni orta hesabla 4,8 m, uzunluğu 35 m) cavabdehlərin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin bir hissəsidir. Qalan 0,078 ha hissə (eni orta hesabla 3,8 m, uzunluğu 20 m) isə Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir. Eləcə də həmin məhkəmələr zamanı qətnamələrdə göstərilmişdir ki, ərizəçilərin mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən yaşayış evinə alternativ yol mövcud deyildir. Bu faktiki vəziyyət də belədir: ərizəçilərin mülkiyyətində olan yaşayış evinə gedən yeganə yol mövcuddur ki, həmin yol da cavabdehlər tərəfindən tutulmuşdur. Ərizəçilər vurğulayırlar ki, mülkiyyətlərində olan evə yol olmadıqda istifadə imkanı da mümkün ola bilməz. Əgər evdə hər hansı yanğın hadisəsi və ya qarşısıalınmaz digər hadisə baş verərsə, yol olmadığı halda avtomobilin hadisə yerinə daxil olması qeyri-mümkün olacaqdır. Həmçinin yol olmadıqda ərizəçilərin həmin evdə yaşaması da real olaraq mümkünsüzdür. Ona görə cavabdehlər Cavabdeh2 Rüfulla oğlu, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 qızı, Cavabdeh8 mülkiyyətində olan olan 0,20 ha torpaq sahəsinin, 0,0169 ha hissəsinin (eni orta hesabla 4,8m, uzunluğu 35 m) olan hissəsi bir hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,078 ha hissəsindən (eni orta hesabla 3,8 m,uzunluğu 20 m) olan torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər Məhkəmədə iddiaçı X13 iddia tələbini müdafiə edərək, iddialarının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı X6 iddia tələbini müdafiə edərək, irəli sürülmüş tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər X16 onlara qarşı verilmiş iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçıların başqa yerdən yolları var. Yarğanın üzərindən körpü salmaq ilə öz yollarından sərbəst istifadə edə bilərlər. Bu hal tərəflərin arasdında olan mübahisə ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrində və ekspert rəyində qeyd edilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X4, nümayəndəsi X18 iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı3, cavabdehlər, X21, X22, X23, X24, X30 və Astara rayonu Şüvi kənd Bələdiyyəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı3, cavabdehlər , X21, X22, X23, X24, X30 və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə İddiaçı3, cavabdehlər , X21, X22, X23, X24, X30 və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli tam baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan JN-148G KOD 80113038 şəhadətnamədən görünür ki, X6 və digərlərinə Astara rayonu Aqrar İslahat Komissiyasının 22 Yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə 0.07 ha həyətyanı sahə mülkiyyətlərinə verilib. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli 10/4432 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1655/2025 saylı mütəxəssis rəyinə əsasən, X35 rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-148G, KOD 80113038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı2 və onun ailə üzvləri X7, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X2 mülkiyyətlərində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulması, lakin faktiki vəziyyətdə həmin yerdən gediş-gəliş yolunun mövcud olmaması müəyyən edilmişdir. Faktiki vəziyyətdə həmin yerdə dərənin (yarğanın) mövcud olması müəyyən edilmişdir. İddiaçılar X13, X6 və İddiaçı3 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən istifadə etmələri müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1655/2026 saylı mütəxəssis rəyinə əsasən, İddiaçılar İddiaçı1, İddiaçı2 və X7 tərəfindən JN-148G, KOD 8051803&snömrə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında mülkiyyətlərində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə və iddia edilən 0,0247 ha torpaq sahəsinin 0.0169 ha hissəsinin koordinatlarının (orta hesabla eni 4,8 m, uzunluğu 35 m) Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-215F, KOD 80113038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X19 və onun ailə üzvləri Cavabdeh3 Rufulla (Mənsum) qızı, Cavabdeh4 Calal qızı, Cavabdeh5 Calal oğlu, Cavabdeh6 Calal qızı, Cavabdeh7 Calal qızı və Cavabdeh8 Calal oğlunun mülkiyyətlərində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan 0,0078 ha hissəsinin (orta hesabla eni 3,8 m, uzunluğu 20 m) isə cavabdehlər X19 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4 Calal qızı, Cavabdeh5 Calal oğlu, Cavabdeh6 Calal qızı, Cavabdeh7 Calal qızı və Cavabdeh8 Calal oğlunun faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı qeyd olunan 0,0169 ha torpaq sahəsinin 0,0156 ha hissəsinin faktiki vəziyyətdə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 241.1 Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər Maddə 241.3 Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.2 Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir Maddə 255.1 Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.2 Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Maddə 255.4 Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Maddə 256.1 Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Maddə 256.2 Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 261.1 Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Maddə 261.2 Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 54. Torpaq sahəsi üzərində servitutlar: Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı və ekspertin xx.xx.2025-ci il tarixli 10/4432 nömrəli ekspert rəyində- Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN- 148G, KOD 80113038 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı2 və onun ailə üzvləri X7, X8, X11, X9, X12, X10, Lüftiyev Cavad (Cavid) Zülfüqar oğlu və X2 mülkiyyətlərində olan Astara rayonu, Sərək kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin qərb istiqamətindən nəzərdə tutulması, lakin faktiki vəziyyətdə həmin yerdən gediş-gəliş yolunun mövcud olmaması müəyyən edilmişdir. Faktiki vəziyyətdə həmin yerdə dərənin (yarğanın) mövcud olması müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, torpaq sahəsindən giriş-çıxış başqa çür mümkün olmaması nəzərə alınaraq, cavabdehlər X20, X21, X22, X23, X24, X14 mülkiyyətində olan Astara rayonu Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 0,0169 ha hissəsinin eni orta hesabla 4,8 metr, uzunluğu 35 metr olan hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0, 078 ha hissəsindən eni orta hesabla 3,8 metr, uzunluğu 20 metr olan torpaq sahəsi iddiaçılar X13, X6 və İddiaçı3 xeyrinə yol kimi istifadə edilməsi üçün servitutla yüklü edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261-ci maddəsində göstərilir ki, servitutla yüklü edilmiş daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə mümkün olmadıqda məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Qanunun məzmunundan göründüyü kimi servituta görə haqq tələbi servitutla yüklü edilmiş mülkün sahibinin hüququ kimi nəzərdə tutulmuşdur. Yəni mülkün sahibi sahədən istifadə üçün haqq tələb etmirsə, bu hüququndan istifadə etmirsə məhkəmə öz təşəbbüsü ilə xeyrinə servitut qoyulan şəxs üçün belə bir öhdəlik müəyyən edə bilməz. Yalnız servitutla yüklü edilmiş mülkün sahibi sahədən istifadəyə görə haqq tələb edərsə və xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxs tələb olunan haqqın məbləği ilə razılaşmadıqda, bu barədə mübahisə olduqda haqqın məbləği məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki, sahəsi servitutla yüklü edilmiş şəxs haqq tələbi ilə müraciət etmədiyindən və tərəflər arasında bu barədə mübahisə olmadığından, servituta görə haqqın müəyyən edilməsi müzakirə olunmur. Ona görə də servituta görə haqqın müəyyən edilməsi məsələsinə mahiyyəti üzrə baxılmır və izah edilir ki, cavabdehlər X16, X21, X22, X23, X24, X30 və Astara rayonu Şüvi kənd Bələdiyyəsi gələcəkdə bu hüququndan istifadə edə və zərurət yaranarsa haqq tələbi ilə əlaqədar məhkəmə mübahisəsi başlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər X20, X21, X22, X23, X24, X14 mülkiyyətində olan Astara rayonu Sərək kəndində yerləşən 0,20 ha torpaq sahəsinin 0,0169 ha hissəsinin eni orta hesabla 4,8 metr, uzunluğu 35 metr olan hissəsindən və Astara rayonu Şüvi kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0, 078 ha hissəsindən eni orta hesabla 3,8 metr, uzunluğu 20 metr olan torpaq sahəsi iddiaçılar X13, X6 və İddiaçı3 xeyrinə yol kimi istifadə edilməsi üçün servitutla yüklü edilsin. Bu hüquq müddətsiz müəyyən edilsin. Servitutla yüklü edilmiş hüquq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində qeydə alınsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar