Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-34/2024 04.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı1, İddiaçı5, İddiaçı3, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,4549 hektar torpaq sahəsinin cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, Astara rayonu Motlayataq kənd sakinləri Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğlunun əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/210 saylı rəyindən Cavabdeh2 onların mülkiyyətində olan torpaq sahəsində təndirxana tikməsinin müəyyən edilməsini bildirib, həmin təndirxananın sökülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Azərbaycan Respublikası ərazisində keçirilən torpaq islahatı ilə əlaqədar ona və ailə üzvülərinə Astara rayonu Çayoba kəndi ərazisində kənd təsərrüfatı mallarının istehsalı üçün 0,4549 hektar torpaq sahəsi verilmişdir. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan Çıxarış da tərtib edilmişdir. Buna baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğlu tərəfindən zəbt edilmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Həmçinin Cavabdeh2 onların mülkiyyətində olan torpaq sahəsində təndirxana tikməsinin müəyyən edilmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı1 və ailə üzvülərin mülkiyyətində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı mallarının istehsalı üçün olan 0,4549 hektar torpaq sahəsini zəbt etməmişdir. O, ancaq tanışı Laçın Cahangirovun məxsus olan və ailə üzvülərin mülkiyyətində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən 0,6977 hektar torpaq sahəsinin satılmasında onu təmsil etmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə da əsasən Cavabdeh1 ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 oğlu izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı1 və ailə üzvülərin mülkiyyətində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı mallarının istehsalı üçün olan 0,4549 hektar torpaq sahəsini zəbt etməmişdir. O, ancaq Laçın Cahangirovun məxsus olan və ailə üzvülərin mülkiyyətində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən 0,6977 hektar torpaq sahəsinin bir hissəsini almışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər əlavə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən və arayışdan məlum olur ki, iddiaçılar İddiaçı1 xx xxxxxx 1959-cu ildə, İddiaçı2 xx xxxxxx 1966-cı ildə, İddiaçı4 xx xxxx 1987-ci ildə, İddiaçı5 11 fevral 1969cu ildə, İddiaçı3 29 avqust 1991-ci il tarixdə Astara rayonunda anadan olmaqla, Astara rayonu Çayoba kəndində orada qeydiyyatdadır və yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan Çıxarışdan məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 mülkiyyətlərinə Astara rayonu Çayoba kəndi ərazisində, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,4549 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3- 16-16/2-10/210 saylı saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan çıxarışda qeyd edilən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 mülkiyyətlərində olan Astara rayonu Çayoba kəndi ərazisində, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 0,4549 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan çıxarışda qeyd edilən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 mülkiyyətlərində olan Astara rayonu Çayoba kəndi ərazisində, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 0,4549 hektar torpaq sahəsinin 0,40 hektar hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğlu tərəfindən istifadə edilməsi və həmin 0,4549 hektar torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilən hissəsində təndirxananın mövcud olması müəyyən edilmişdir. Eyni zamanda İddiaçı1 və ailə üzvülərin mülkiyyətində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı mallarının istehsalı üçün olan 0,4549 hektar torpaq sahəsinin 0,05 hektar hissəsinin isə cavabdehlər və digər kənd sakinləri tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edilməsi müəyyən edilmişdir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 0,4549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,40 hektar hissəsi cavabdehlər tərəfindən zəbt edilmiş, 0,05 hektar hissəsi isə qanunsuz olaraq yol kimi istifadə edilir və Cavabdeh2 tərəfindən təndirxana tikilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3- 16-16/2-10/210 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğindəki pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğluna qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddiası təmin olunsun.
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan çıxarışda qeyd edilən, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 paylı mülkiyyətlərində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,4549 hektar torpaq sahəsinin zəbt etdikləri 0,40 hektar hissəsi və yol kimi istifadə etdikləri 0,05 hektar hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğlundan alınıb, iddiaçılara verilsin.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 mart 2023-cü il olan çıxarışda qeyd edilən, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 paylı mülkiyyətlərində olan Astara rayonu Çayoba kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,4549 hektar torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilən hissəsində onun tərəfindən tikilmiş təndirxana onun hesabına sökülsün.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Müəyəddin oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 100 (bir yüz) manat pul alınıb, iddiaçı X2 verilsin.
4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.