Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-348/2025 13.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat kompensasiya ödəməklə onu Astara rayonu, Sığaloni kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0.10 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 196,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1952-ci il tarixdə Astara rayonun Hamuşam kəndində doğulmuşdur. 72 yaşı var. 1974-cü il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Bu nikahlarından 5 uşaqları doğulmuşdur. 1980-ci il tarixdə Sığaloni kəndində dayısı Şakirlə birlikdə ona məxsus 0,10 hektar həyətyanı torpaq sahəsinin üzərində tikdirdiyi daxmada yaşamışdır. Daha sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirərək orada 2 mərtəbəli, 4 otaqlı, 196,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evini tikdirmişdir. Həmin fərdi yaşayış evinə 2018-ci ildə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh onun oğludur. O, yuxarıda göstərdiyi xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Buna baxmayaraq, cavabdeh onu incidir, ona qarşı hörmətsizlik edir. Belə ki, cavabdeh özünü evdə çox ədəbsiz aparır, teztez səbəbsiz dava-dalaş salır, onu söyərək təhqir edir. Dəfələrlə rayon polis şöbəsinə şikayət etsə də cavabdeh öz çirkin əməllərindən əl çəkmir. Hal-hazırda münasibətlər dözülməz haldadır, cavabdehlə birlikdə yaşamaq qeyri mümkündür. Dəfələrlə cavabdehdən fərdi yaşayış evini tərk etməsini tələb etsə də, o buna məhəl qoymayaraq onu hədələyir. Cavabdehin kobud davranışı səbəbindən o ağır psixi sarsıntı keçirir və tez-tez xəstələnir. Bu qoca yaşında ona yalnız sakit və dinc yaşamaq lazımdır. Ona görə də o məcbur qalıb iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, hazırki iş üzrə icraata xitam verilməlidir, belə ki, eyni tərəflər arasında, eyni tələblə bağlı mülki iş olmuş və Ali Məhkəmədə belə baxılmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iş üzrə icraata xitam verilməsini, mübahisəli evin birgə nikah dövründə əldə edildiyini, həmin evə mülkiyyət hüququnun məhkəmə qaydasında tanındığını, oğlunun evdən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildrmişdir. Məhkəmə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş, Astara rayonu Vaqo kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 oktyabr 2024-cü il tarixli, 1252 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonun Vaqo kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********15-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 196,3 kvadratmetr olan fərdi yaşayış evi vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 16 dekabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 22 noyabr 2024-cü il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, X5 iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat İMS rüsumu, 10 (on) manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3503/2023 saylı qərarının surətindən görünür ki, Astara rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)- 1244/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbi barədə” iddiası təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən, 196.3 kvadratmetr ümumi sahədən ibarət yaşayış evinə istifadə hüququna 3000 (üç min) manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən, 196.3 kvadratmetr ümumi sahədən ibarət yaşayış evindən çıxarılması, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-418/2023 saylı qətnaməsi ilə Astara rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etdiyi mübahisəli fərdi yaşayış evi İddiaçı və X1 birgə nikahı dövründə tikilmiş və onun yerləşdiyi torpaq sahəsi birgə nikahları dövründə əldə edilmişdir. Ancaq məhkəmə həmin mübahisəli fərdi yaşayış evinin hüquqi statusunu ümumiyyətlə müəyyən etməmiş, onun hansı dövrdə tikildiyini və yerləşdiyi torpaq sahəsinin alınması vaxtını nəzərə almamışdır. Apellyasiya məhkəməsində aparılan araşdırma nəticəsində belə qənaətə gəlinmişdir ki, birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş və ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evi üzrə hüquqları İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə razılaşdırmaqla həyata keçirməli olduğundan, lakin belə razılıq olmadan məhkəmədə iddia qaldırdığından iddianın təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Şirvan Apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya vermiş, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-418/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla Astara rayon Məhkəməsinin icraatında mülki iş olmuş, qətnamə çıxarılmış, həmin qətnamə cavabdehin şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş, iddia tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı eyni cavabdehə qarşı eyni predmet və eyni əsaslarla iddia qaldırmışdır. Belə ki, iddiaçı komepnsasiya məbləğini artıraraq Cavabdeh 4000 (dörd min) manat kompensasiya ödəməklə onu Astara rayonu, Sığaloni kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0.10 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, 196,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin, hazırki mübahisənin əsası kompensasiyanın məbləği deyil də, sözügedən mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən birgə mülkiyyətçi olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 razılığıdır. İddiaçı eyni predmet barəsində eyni cavabdehə qarşı iddia qaldırması üçün dəyişən və ya yeni əsası məhkəməyə təqdim etməli idi ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 razılığını məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək iddiaya münasibəti öyrənilmiş, X2 oğlu olan iş üzrə Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsində qeyd edilmiş müddəalar əsas götürülməklə iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İşin hallarından da göründüyü kimi, iddiaçı eyni cavabdehə (cavabdehlərə), eyni iddia predmeti və eyni əsasla bir dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə onların iddia tələblərinə baxılaraq qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu halda, yenidən eyni cavadehə, eyni iddia predmeti və eyni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasla mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddiaçının hazırkı iddia ərizəsinə yenidən baxıla bilməz. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi qərara alındığından, iddiaçının ödədiyi 40 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-348/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-348/2025
13.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver