Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-36/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa ediməsi digər qanunsuz tikililərin sökülməsi tələbinə dair ilkin iddia ərizəsinə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan, dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa ediməsi digər qanunsuz tikililərin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan, dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciıət etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddinı qəbul etməyərək bildirdi ki, təmsil etdiyi şəxs İbadov X1 şəhəri Qum küçəsi ev 235 də yaşayır. Onun hamin küçədə mülkiyyətində 0.06 ha torpaq sahəsi va fərdi yaşayış evi vardır. Ona həmin torpaq sahəsinə və fərdi yaşayış evinə aid 27 dekabr 2014-cü ildə ********** saylı Daşınmaz əmlakın Dövlət Reyestrində Seriva RX №0554840 saylı çıxarış verilmişdir. Bundan əlavə onun istifadəsində 0.20 ha torpaq sahəsidə vardır, o. həmin torpaq sahəsindən də özü istifadə edir və həmin torpaq sahəsidə onun çəpərinin daxilində yerləşir. Cavabdeh 2016 - ci il tarixdə İddiaçı evinin qarşısında özünə mağaza tikməyə başladı. 0.2017 - ci ildə İddiaçı ona 1 metr torpaq sahəsi verməvi xahiş etmiş, oda ona 1 metr torpaq sahəsi verməyə razılaşmışdır, lakin sonradan Cavabdeh onun çəpərini sökmüş va mülkiyyətndə olan 0.03 ha torpaq sahəsini zəbt etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və o, zəbt olunmuş torpaq sahəsini azad olunmasını ondan tələb etmişdir. Lakin cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini azad etməkdən imtina etmişdir.Cavabdeh bu hərəkətləri ilə onun torpaq üzərində olan mülkiyyət hüququnu pozur və mülkiyyətlərində olan torpaqdan istiladə etmələrinə imkan vermir və bununlada onlara maddi ziyan vurur.Yuxarıda qevd etdiklərimi rəhbər tutaraq təmsil etdiyi şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, həmin torpaq sahəsində qanunsuz tikilmiş, daş çəpərin sökülməsi və çəpərin əvvəlki verində bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi tələbi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahələrinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi, çəpərin əvvəlki yerinə bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi əsasında məhkəməyə müraciət etmişdir. Həmin iddia tələblərini qəbul etmir və iddianın rədd olunması istiqamətində aşağıdakı əsasları qeyd edir.Hazırki qarşılıqlı iddia tələbimdə əsaslarını qeyd edərkən iddia ərizəsində göstərilən ayrı-ayrı hallan qeyd edib, daha sonra onlara münasibətimi bildirəcəklər. Belə ki, iddia ərizəsinin birinci abzasında İddiaçı mülkiyyətində 0,6 ha torpaq sahəsi və fərdi yaşayış evinin olduğu, həmin halların verilmiş çıxarış əsasında təsdiq olunduğu qeyd olunur. Sonrakı hissədə isə İddiaçı istifadəsində 0,20 ha torpaq sahəsinin də olduğu, həmin torpaq sahəsindən özünün istifadə etdiyi və qeyd olunan torpaq sahəsinin onun çəpərinin daxilində yerləşməsi göstərilmişdir. Yəni belə anlaşılır ki, İddiaçı mülkiyyətində və zəbt etdiyi, başqa sözlə istifadəsində olan torpaq sahələrinin cəmi ölçüsü 0,26 hektardan ibarət olmuşdur.İddia ərizəsinin 3-cü abzasında mübahisəyə səbəb oia biləcək hallar qeyd olunmuşdur. Göstərilmişdir ki, 2016-cı ildə mən onun evinin qarşısında özümə mağaza tikməyə başlamışam. Həmin ifadəyə münasibət bildirməklə qeyd edirəm ki, həqiqətən də 2016-cı ildə mən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in seriya RX ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyətimdə olan 0,0775 ha torpaq sahəsində ambar tikintisinə verilmiş icazə əsasında həmin tikilini inşa etdirdim. Lakin inşa etdirdiyim həmin tikili İddiaçı evinin qarşı tərəfində deyil, cənub tərəfindədir. Daha sonra iddia ərizəsində göstərilir ki, tikinti işinin davam etdiyi dövrdə, yəni 2016-cı ildə İddiaçı mənə 1 metr torpaq sahəsi verməyini xahiş etmişəm və o da 1 metr enində torpaq sahəsi verməyə razılaşmışdır. Lakin sonradan özbaşına olaraq onun çəpərini sökmüşəm və mülkiyyətində olan 0,03 ha torpaq sahəsini zəbt etmişəm. Bundan sonra guya bizim aramızda mübahisə yaranmış və ona görə də iddiaçı zəbt olunmuş torpaq sahəsinin azadolunmasını məndən tələb etmişdir. Lakin mən bundan imtina etdiyimdən iddiaçı iddia tələbi əsasında məhkəməyə müraciət etmişdir.İddia ərizəsinin həmin hissəsinə münasibət bildirməklə qeyd edir ki, 2016-cı ildə iddiaçının evinin cənub tərəfində ambar tikintisini başa vurandan sonra İddiaçı mənə torpaq sahəsinin müəyyən hissəsini satacağı barədə heç düşünməmişdi. Həmin dövrdə o, özü bunu təklif etdi və ona kifayət qədər torpaq sahəsi sata biləcəyini bildirdi. O, gələcəkdə avtomaşının həmin sahəyə daxil olmasının təmin olunması üçün ondan təxminən 2 metr enində olmaqla torpaq sahəsini ona satmağını xahiş etdi. Çünki ambarın sol tərəfindən təxminən 1 metr ölçüdə ona məxsus torpaq sahəsi var idi. Ona görə də bütövlükdə 3 metr torpaq sahəsinin boş olacağını və avtomaşının həmin sahəyə daixl ola biləcəyini nəzərə alıb 2 metr enində torpaq sahəsinin kifayət edəcəyini bildirdi. Lakin buna baxmayaraq İddiaçı təxminən 3 metrdən də çox torpaq sahəsini azad etdi, əvvəlki setka çəpərini sökdü, inşa ediləcək daş çəpərin bünövrə hissəsinin qazılmasında oğlu ilə birlikdə əvvəlcədən ip çəkməklə qazılmasında mənə kömək etdi və bundan sonra Lənkəran rayonundan dəvət etdiyi ustalar işə başladılar. Nə tikinti işinin aparıldığı 2016-cı ildə və nə də ondan sonrakı dövrdə İddiaçıla aralarında heç bir narazılıq və mübahisə olmamışdır. Həmin dövrdə həm iddiaçı özü və həm də onun müəllimə işləmiş həyat yoldaşı ona təkrar-təkrar bildirdilər ki, istənilən vaxt notariat kontoruna getməklə alqı-satqı müqaviləsini rəsmiləşdirməyə hazırdırlar. Yəni aradan 7 il keçəndən sonra iddiaçı A. İbadovun məhkəmədə belə bir iddia qaldıracağını onun ağlına belə gətirməmişdi. Onu da qeyd edir ki, iddia ərizəsində İddiaçı 3 metr deyil, təxminən 1 metr enində torpaq sahəsini razılaşma yolu ilə mənə verdiyini etiraf etmişdir. Lakin həmin ölçünü kiçiltməsi açıq-aşkar anlaşılır. Çünki əgər mən razılaşmadan kənara çıxmaqla İddiaçı iradəsinə zidd olaraq 1 metr enində deyil, 3 metr enində torpaq sahəsini zəbt etmiş olsaydım, o, sonradan inşa olunacaq daş hasarın tikilməsində şübhəsiz ki, mənə kömək etməyəcəkdi. Nəinki kömək etməyəcəkdi, hətta məndən aidiyyəti orqanlara şikayət edəcəkdi. Lakin bunu etməmişdir. Ona görə də İddiaçıla aramızda şifahi əqdin bağlanmış olduğunu təsdiq edən razılaşmanın olduğu anlaşılır. Məsələ bununla bitmir. Çünki daş hasardan şimal tərəfdə, yəni İddiaçı mülkiyytində və zəbtində olan həyətyanı torpaq sahəsinin giriş qapısı da onun tələbinə əsasən onun tərəfimdən dəyişdirilmiş və dəmir qapı qoyulmuşdur.Bundan əlavə İddiaçı onunla şifahi qaydada razılaşarkən ailənin istifadəsində olan tualetin ona verdiyi torpaq sahəsində qalmasını nəzərə almaqla, eyni formada və ölçüdə deyil, fundamental tualet tikməyini və onun istifadəsinə verməyini tələb etdi. O, da onun istdəyi formada və ölçüdə tualet tikdirməklə ona təhvil vermişdi.Nəhayət İddiaçı dəmir darvazanın, tualetin və mişar daşından inşa etdirdiyi hasarın tikintisi ilə kifayətlənməyib əlavə olaraq ona 3100 manat pul verməyini tələb etmişdir ki, tərəfindən buna da əməl olunmaqla icra edilmişdir.Bütün bu qeyd olunanların fonunda sadaladığım işləri görərkən İddiaçıla razılaşmaya bilməzdi.Başqa sözlə onunda razılaşmadan bu işlərin görülməsi əsla mümkün deyildi. İddiaçı onun həyətyanı sahəsində öz razılığı əsasında etdiyi yaxşılaşdırmaların əvəzini pulla ona ödəməlidir və ona verdiyi 3100 manat məbləğində pulu da ona qaytarmalıdır. Məlumat üçün onu da qeyd edir ki, o, təxminən üç həftə bundan əvvəl iddiaçı A.lbadovun evində olmaqla məhkəmədənkənar razılığa gələ biləcəklərini təklif etdi. Lakin İddiaçı bundan yayındığından hesab edir ki, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə tərəfindən təyin oluna biləcək ekspertiza isə həyətyanı sahənin qarşısında qoyulmuş dəmir darvazanın qiyməti və usta xərcləri, tərəfindən inşa edilmiş tualetin tikinti materiallarının dəyəri və usta xərcləri, habelə təxminən 35-40 metr uzunluğunda mişar daşlarından inşa etdirdiyi hasarın və digər tikinti materiallarının eləyəri və usta xərcləri ilə bağlıdır. Yəni bununla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan əlavə ona məlumdur ki, iddiaçı Aydın.İbadov tərəfindən razılaşma əsasında ona verdiyi təxminən 0,02 ha torpaq sahəsi onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. Başqa sözlə, həmin torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunmuşdur və ona görə də bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Hesab edirəm ki, mübahisənin bu hissəsinə də aydınlıq gətirilməsi üçün ekspertizanın təyin edilməsi və keçirilməsi zəruridir. Yəni ekspertizadan sonra mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən ediləcəyi halda, işin məhkəmə iclasında Astara bələdiyyəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir. Məhkəmə ilkin iddianı təmin edəcəyi halda, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5200 (tualetin tikintisi üçün), 1500 (darvazanın qoyulması üçün) və 5200 manat (mişar daşlarından hörülmüş hasar üçün) olmaqla torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində pulun, nağd qaydada ödəmiş olduğu 3100 (üç min yüz) manat pulun iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə çıxarmağınızı xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21 -3-43/2-617/2024 №-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış **********73-10301 reyestr nömrəli 'Texniki Pasporta” (xx.xx.2014-cü ıl tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə (mövcud baza məlumatlarına əsasən) koordinatları ilə naturadakı faktiki koordinatlarının müəyyən qədər üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sözügedən 0,06 ha torpaq sahəsinin sənəd üzrə şimal istiqamətdə 0,0047 ha hissəsinin, cənub (mübahisəli yerdə) istiqamətdə 0,0075 ha hissəsinin faktiki istifadə vəziyyətindəki koordinatlardan kənarda yerləşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-617/2024 №-li mütəxəssis rəyinə əsasən,. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73-10301 reyestr nömrəli "Texniki Pasporta” (17\12.2014-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı- cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0,0075 ha hissəsinin cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı cavabdehiddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş das hasarın (15 metr hissəsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli Texniki Pasporta” (xx.xx.2014-cü ıl tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı- cavabdeh İddiaçı mülkiyyətində olan (cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü ıl tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qoyulmuş darvazanın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü ıl tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı-cavabdeh İddiaçı İbrphlm oğlunun mülkiyyətində olan ünvan 1 ünvantncfa yerləşər) 0,06 ha torpaq sahəsinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Smeta üzrə aparılmış hesablamalara əsasən, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qovuimuş daryazanın qiymətinin qoyulma xərcləri ilə birlikdə 928 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İbadov X1 şəhəri, Qum küçəsi 255 saylı evdə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1941-ci ildə Astara şəhərində dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarış Seriya RX № ******* fərdi yaşayış evi ünvan 1, 0.06 ha torpaq sahəsi reyestr № **********73-10301 hüquqi sahibləri İddiaçı, X2, X3 və İbadova Şəhərnaz Hacıbubayevna qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə müəyyən edildi ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş das hasarın (15 metr hissəsi) iddiaçı- cavabdeh İddiaçı mülkiyyətində olan (cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağın iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qoyulmuş darvaza iddiaçı-cavabdeh İddiaçı İbrphlm oğlunun mülkiyyətində olan ünvan 1 ünvantncfa yerləşər) 0,06 ha torpaq sahəsinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Məhkəmədə ilkin iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ) 0,0075 ha hissəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən azad edilsin, cavabdehiddiaçı Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasar 15 metr hissədə sökülməli, qarşılıqlı iddia rədd edilərək, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan, dövlət rüsumu tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ) 0,0075 ha hissəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən azad edilsin, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasar 15 metr hissədə sökülsün Qarşılıqlı iddia rədd edilsin. cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan, dövlət rüsumu tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-36/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-36/2024
12.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver