Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-38/2025 11.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Təngərüd kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0.34 hektar torpaq sahəsinin 1009 kvadratmetr sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və ailə üzvləri (qeyriləri) tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun (ailə üzvlərinin) sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinin (qeyrilərin) özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli 88 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Astara rayonunun Təngərüd kəndində 0.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi JN-593 KOD 80110018 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiqlənmişdir.Torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin 1009 kvadrat metr sahəsini zəbt etmişlər, zəbt etdikləri torpaq üzərində qanunsuz olaraq tikililər və qurğular inşa etdirmişlər.Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. O,ailə başçısı kimi cavabdehlərlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da buna nail ola bilməmişdir.Hal-hazırda onun və ailə üzvlərinin həmin torpaq üzərində mülkiyyət hüququ pozulmuşdur. Odur ki, Astara rayonunun Təngərüd kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0.34 hektar torpaq sahəsinin 1009 kvadratmetr sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və ailə üzvləri (qeyriləri) tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun (ailə üzvlərinin) sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinin (qeyrilərin) özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, ekspert rəyində göstərilən torpaq sahəsini könüllü qaytarmağa hazırdırlar. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********83 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Təngərüd kəndi ərazisində yerləşən 0,0849 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 15 iyul 2025-ci il tarixli, 10/3306 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-1299/2025 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa (ilkinn hüquqmüəyyənedici sənəd JN-572 nömrəli "Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı" əsasında) ve **********83 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü nə əsasən Cavabdeh1 arvadı X1 mülkiyyətində olan 0,0849 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 1299/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 88 saylı qərarı əsasında JN-593 (KOD ********) nömrəli "Torpaq mülkiyyət hüququna dair Dövlət Aktl" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1009 ha (1009 kv.m) hissəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1299/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemine əsasən araşdırma zamanı Astara rayon Agrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 88 saylı qərarı əsasında JN-593 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1009 ha (1009 kv.m) hissəsinin bütövlükdə cavabdeh X2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin digər Cavabdeh1 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yarıında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1299/2025 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 88 saylı qərarı əsasında JN-593 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1009 ha (1009 kv.m) hissəsində cavabdehlər tərəfindən tikilinin inşa edilməməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı uzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1299/2025/saylı mütəxəssis rəyinə əsasən, Torpaq elektron kadastr uçotu informasiya sistemin əsasən araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 18.10/199 Peptarixi a saylı qərarı əsasında JN-593 (KOD ********) nömrəli "Torpağa mülk ENCHAL CAN RE ücuma X6" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1009 ha (1009 kv.m) hissəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa (ilkinn hüquqmüəyyənədici sənəd JN-572 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********83 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü nə əsasən Cavabdeh1 arvadı X1 mülkiyyətində olan 0,0849 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş AZE ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-cü ildə anadan olmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1009 ha hissəsi cavabdeh İddiaçı tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 15 iyul 2025-ci il tarixli, 10/3306 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı məxsus olan Astara rayonu, Təngərüd kəndində yerləşən 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,1009 ha hissəsindən çıxarılmalı, Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməli,Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh2 İddiaçı məxsus olan Astara rayonu, Təngərüd kəndində yerləşən 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,1009 ha hissəsindən çıxarılsın. Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-38/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-38/2025
11.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver