Məhkəmə qərarları › İş №2(018)-381/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-381/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-381/2024 04.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ögey bacısı X3 İdris adlı şəxslə birgə faktiki nikahdan Astara rayonu, Şiyəkəran kəndində 16 oktyabr 1998-ci ildə anadan olmuş X5 doğum faktının müəyyən olmasına, atası Əsgərov İdris, anası X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, onun mərhum ögey bacısı X4 1997-ci il tarixdə İdris adlı şəxslə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə faktiki nikahlarından 16 oktyabr 1998-ci il tarixdə Astara rayonu, Vaqo kəndində Ayşə adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onların rəsmi nikahları olmamasına və vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ögey bacısı X4 2017-ci il tarixdə xəstəlik ilə əlaqədar ölmüşdür. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi onun baldızıdır. Ərizəçi mərhum ögey bacısı X4 1997-ci il tarixdə İdris adlı şəxslə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə faktiki nikahlarından 16 oktyabr 1998-ci il tarixdə Astara rayonu, Vaqo kəndində Ayşə adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Ərizəçinin ögey bacısı X4 2017-ci il tarixdə xəstəlik ilə əlaqədar ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və arayışdan görünür ki, Ərizəçi 24 avqust 1977-ci il tarixdə anadan olmuşlar, Astara rayonu, Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd İƏD üzrə nümayəndəliyinin fotoşəkilli arayışından məlum olur ki, 16 oktyabr 1998-ci ildə anadan olmuş X2 rayonu, Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd İƏD üzrə nümayəndəliyinin arayışından məlum olur ki, mərhum X1 rayonu, Vaqo kəndində qeydiyyatda olmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs arayışından məlum olur ki, X4 26 oktyabr 1968-ci ildə Astara şəhərində anadan olmuşdur. Onun atası X8, anası isə Əsgərova xanımbacı Ağabala qızı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs arayışından məlum olur ki, X3 cinsi qız və ya kişi doğulan övladları barəsində Maraqlı şəxsndə akt qeydləri aşkar olunmadı. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi mərhum ögey bacısı X4 1997-ci il tarixdə İdris adlı şəxslə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə faktiki nikahlarından 16 oktyabr 1998-ci il tarixdə Astara rayonu, Vaqo kəndində Ayşə adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onlar vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16 oktyabr 1998-ci il təvəllüdlü Ayşə adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Ayşə adlı uşağın doğum tarixi 16 oktyabr 1998-ci il, doğum yeri Astara rayonu, Vaqo kəndi, ata adının “İdris”, soyadının mərhum anasının soyadına uyğun olaraq “Əsgərova”, anasının adının “X4” qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ayşə adlı uşağın doğum tarixi 16 oktyabr 1998-ci il, doğum yeri Astara rayonu, Vaqo kəndində anadan olması, soyadı «Əsgərova», atasının adının «İdris», anasının adı «X4 » olması müəyyən edilsin. X9 adlı uşağın doğum tarixinin 16 oktyabr 1998-ci il, doğum yerinin Astara rayonu, Vaqo kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar