Məhkəmə qərarları › İş №2(018)-386/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-386/2024

14.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-386/2024 14.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızı Cavabdeh qarşı ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızı Cavabdeh qarşı ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızı iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Belə ki, işə əlavə edilmiş JN 186A kod 80112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İddiaçı2 Məhərrəməli qızının adı Humay kimi və İddiaçı5 adı Nuriyyə kimi qeyd edilmişdir. JN 186A kod 80112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçılar İddiaçı2 Məhərrəməli qızı və İddiaçı5 məxsus olmasına dair qanunvericilikdə nəzərdə tutulmuş halda sənəd (məhkəmə qətnaməsi) işə əlavə edilməmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızına iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızının Cavabdeh qarşı ümumi paylı torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı4 Ağali oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı3 və İddiaçı2 Məhərrəməli qızına izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar