Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-386/2025 29.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin direktoru X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızına qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış binasının boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızına qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış binasının boşaldılmasına və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızı tərəfindən zəbt edilmiş "Astara Çay-1 ASC-yə məxsus olan, tikintialtı sahəsi 92,0 kv.metr, ümumi sahəsi 78,4 kv. metr "Mağaza (Ticarət) qeyri-yaşayış binasının cavabdehin hesabına boşaldılmasına və iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin mülkiyyətində olan daşınmaz əmlaka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlet qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən daşınmaz əmlak- Əmlak Kompleksi kimi Müəssisəsi kimi qeydiyyta alınmışdır. Əmlak Kompleksi kimi Müəssisəsinin tərkibində "Mağaza (Ticarət) qeyriyaşayış binası mövduddur. Cəmiyyətə verilmiş xx.xx.2013-cü il tarixli Dövlət reyestrindən çıxarışda klub binası K litri ilə qeyd edilmişdir. "Mağaza” (Ticarət) qeyri-yaşayış binasının sahəsi tikintialtı sahəsi 92,0 kv.metr, ümumi sahəsi 78,4 kv. metrdir. Qeyd edilən "Mağaza" qeyri-yaşayış binası uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi qeyri-yaşayış binasının bir hissəindən bir müddət istifadə etsədə 2019-cu ildən istifadə edilmir. Binanın qapıları bağlanmış və açarı isə cabadehdədir. 2021-ci ildən etibarən dəfələrlə cavabdehdən "Mağaza binasını boşaltmağı tələb etsələr də, cavabdeh bu günə qədər mülkiyyətində olan "Mağaza" binasını boşlatmaq istəmir. Tərəfindən dəfələrlə cavabdehlə görüş keçirilib və telefon vasitəsi ilə əlaqə saxlanılaraq qeyriyaşayış binasının boşaldılması tələb edilsədə, onun tələblərinə məhəl qoymamışdır. Hesab edir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş qeyri-yaşayış binası cavabdehin öz hesabına boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Bu səbəbdən məhkəməyə müraciət edir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin direktoru X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********36-12101 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0,6619 ha torpaq sahəsində ümumi sahəsi 473.3 kvadratmetr olan Əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin adına qeydiyyata alınmış, Əmlak kompleksi kimi müəssisənin tərkibinə qeyri yaşayış binası “Klub” (istirahət), qeyri yaşayış binası “Yeməkxana” (İaşə), qeyri yaşayış binası “Mağaza” (ticarət) tikinti sahələri aid edilmiş, Hüquq sahibi isə tam pay hüququ ilə "xxxx" ASC müəyyən edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, 10981 inventar nömrəli və **********36-12101 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0,6619 ha torpaq sahəsində ümumi sahəsi 473.3 kvadratmetr Əmlak kompleksi kimi müəssisə-"xxxx" ASC qeydiyyata alınmışdır. İş materialında olan 03 iyul 2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmiş, 10 gün ərzində "xxxx" ASC-yə məxsus qeyri yaşayış binasının boşaldılması tələb edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 29145 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin mülkiyyətində olan daşınmaz əmlaka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən daşınmaz əmlak- Əmlak Kompleksi kimi Müəssisəsi kimi qeydiyyta alınmışdır. Əmlak Kompleksi kimi Müəssisəsinin tərkibində "Mağaza (Ticarət) qeyri-yaşayış binası mövduddur. Cəmiyyətə verilmiş xx.xx.2013-cü il tarixli Dövlət reyestrindən çıxarışda Mağaza qeyri yaşayış binası K litri ilə qeyd edilmişdir. "Mağaza” (Ticarət) qeyri-yaşayış binasının tikintialtı sahəsi 92,0 kv.metr, ümumi sahəsi 78,4 kv. metrdir. Qeyd edilən "Mağaza" qeyri-yaşayış binası uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən "Mağaza binasını boşaltmaq tələb edilsə də, cavabdeh "Mağaza" binasını boşlatmamışdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, təmin olunmalı, cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızı tərəfindən zəbt edilmiş "Astara Çay-1 ASC-yə məxsus olan, tikintialtı sahəsi 92,0 kv.metr, ümumi sahəsi 78,4 kvadratmetr "Mağaza (Ticarət) qeyri-yaşayış binası cavabdehin hesabına boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Belə ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (MM-in 152.2-ci və 152.3-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM, maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2-ci maddə). Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz hallarından da məlum olur ki, hazırda qeyri yaşayış sahəsinin qanuni sahibi iddiaçıdır. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdehin isə qeyri yaşayış sahəsinə dair hər hansı hüququ mövcud deyil. Sözügedən qeyri-yaşayış sahəsini qanunsuz zəbt etmişdir. Bu səbəbdən də, iddiaçı qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə qeyriyaşayış sahəsinə dair hər hansı hüququ mövcud olmadığından, cavabdeh qeyri-yaşayış binasını öz hesabına boşaltmalı və iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq 100 manat ödənildiyindən və cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 manat onun özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızı tərəfindən zəbt edilmiş "Astara Çay-1 ASCyə məxsus olan, tikintialtı sahəsi 92,0 kvadratmetr, ümumi sahəsi 78,4 kvadratmetr "Mağaza (Ticarət) qeyri-yaşayış binası cavabdehin hesabına boşaldılsın və iddiaçı "Astara Çay-1 ASC-yə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-386/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-386/2025
29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver