Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-392/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Astara rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt edilmiş 0,4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının cavabdehin hesabına çıxarılması həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində 0,4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq Cavabdeh torpaq sahəsini tamamilə zəbt etmiş orada fərdi yaşayış evi inşa etmiş və sitrus ağacları əkmişdir. Zəbt etdiyi torpaq sahəsinin zəbtdən azad edilməsini, qanunsuz tikilmiş evin sökülməsinin və əkilmiş sitrus ağaclarının çıxarılmısını tələb etsədə cavabdeh buna əhəmiyyət verməmiş, öz qanunsuz əməllərini davam etdirmişdir. Odur ki, mülkiyyət hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşamdur. Cavabdeh zəbt edilmiş 0,4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkilmiş sitrus ağaclarının cavabdehin hesabına çıxarılması həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia olunan torpaq sahəsi ona 1999-cu ildə aktla verilmiş və ona tikinti aparılması üçün icazə verilmişdir. O, həmin sahədə 2000-ci ildə tikinti işləri aparmışdır. İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il tarixli **********40 reyestr nömrəli çıxarışından görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində 0,4925 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ından məlum olur ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 314 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materialına əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 547 saylı arayışdan görünür ki, Ağayev X2 rayonu, Kijəbə qəsəbəsində hazırda yaşadığı 0,30 ha torpaq sahəsini 1999-cu ildən etibarən istifadə edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5899 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2029/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli və **********40 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri ve döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən 0,06 ha həyətyanı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda (orta hesabla 450 m məsafədə) yerləşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijabə qəsəbəsi ərazisində yerləşən 0.4925 ha kənd təsərrüfatı təyinatlı orpaq sahəsinin 0,30 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,30 ha hissəsinin üzərində cavabdeh tərəfindən fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə və sanitar qovşağın) inşa edilməsi və həmçinin meyvə ağaclarının da mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********40 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-319 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-092A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" iləCavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,30 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5899 saylı rəyi ilə də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsindən Cavabdeh çıxarılmalı, İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər ( tövlə və sanitar qovşaq) sökülməli, İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsində Cavabdeh tərəfindən əkilmiş meyvə ağacları Cavabdeh hesabına çıxarılmalı, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsindən Cavabdeh çıxarılsın. İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər ( tövlə və sanitar qovşaq) sökülsün. İddiaçı məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,4925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,30 ha torpaq sahəsi hissəsində Cavabdeh tərəfindən əkilmiş meyvə ağacları Cavabdeh hesabına çıxarılsın. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-392/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-392/2024
03.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver