Məhkəmə qərarları › İş №2(018)-40/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-40/2023

14.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-40/2023 14.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, İddiaçı1 nümayəndəsi (arvadı) və İddiaçı2 Əsab qızının Cavabdeh2 Xankişi oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızının və İddiaçı4, Cavabdeh2 Xankişi oğluna qarşı “Tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızı, X7, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızı və İddiaçı4, Cavabdeh2 Xankişi oğluna qarşı “Tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,27 hektar torpaq sahəsinin Cavabdeh2 Xankişi oğlunun qanunsuz zəbtindən azad edilməsi, orada inşa edilmiş tikililərin Cavabdeh2 Xankişi oğlunun öz hesabına sökülməsi, Cavabdeh2 Xankişi oğlunun özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi, arvadı və İddiaçı2 Əsab qızı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən ona və ailə üzvülərinin xüssusi mülkiyyətlərinə Astara rayon Kijəbə qəsəbəsi ərazisində 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə tərtib edilmişdir. Lakin mülkiyyətlərində olan 0,27 hektar həyətyanı torpaq sahəsi Cavabdeh2 Xankişi oğlu tərəfindən zəbt edilmiş və orada Cavabdeh2 Xankişi oğlu tərəfindən qanunsuz olaraq tikililər inşa edilmişdir.. Belə olan halda onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Xankişi oğlu izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı1 Astara rayon Kijəbə qəsəbəsində yerləşən və mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 48,5 kvadrat metr, yaşayış sahəsi 29,5 kvadrat metr olan, 2 otaqlı fərdi yaşayış evini 14 may 2005-ci il tarixli, 221601 nömrəli alqı-satqı müqaviləsinə əsasən atası X1. O, iddiaçıların mülkiyyətlərində olan 0,27 hektar həyətyanı torpaq sahəsini zəbt etməmiş və ya tikili tikməmişdir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, iddiaşılar İddiaçı1 06 may 1948-ci ildə, İddiaçı2 Əsab qızı 05 mart 1952-ci ildə, X7 10 mart 1981-ci ildə, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızı 21 iyun 1985-ci ildə və İddiaçı4 03 fevral 1979-cü il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmaqla, orada qeydiyyatdadır və yaşayır. Mülki işə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamənin surətindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 14 may 2005-ci il tarixli, 221601 nömrəli, reyestr nömrəsi 4-Ə- 02-118 olan alqı-satqı müqaviləsindən məlum olur ki, İddiaçı1 Astara rayon Kijəbə qəsəbəsində yerləşən və mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 48,5 kvadrat metr, yaşayış sahəsi 29,5 kvadrat metr olan, 2 otaqlı fərdi yaşayış evini ******* (doqquz milyon altı yüz min) manata (köhnə Azərbaycan manatı) X1. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 24 iyun 2023-cü il tarixli, 10/4347 saylı rəyindən məlum olur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə verilmiş, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edildi. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə verilmiş, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsinin 0,2249 hektar hissəsinin Cavabdeh2 Xankişi oğlu tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan 0,27 hektar həyətyanı torpaq sahəsinin 0,2249 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 24 iyun 2023-cü il tarixli, 10/4347 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, iddiaçılar Cavabdeh2 Xankişi oğlunun özbaşınalıq hərəkətlərinə son qoyulmasını tələb etsələrdə həmin özbaşınalıq hərəkətlərinin nədən ibarət olmasını qeyd etməmiş, bu halı təsdiq edən subutu məhkəməyə təqdim etməmişlər. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumuna görə 50 (əlli) manat pul cavabdehdən alınıb iddiaçılara verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğindəki rüsuma görə 50 (əlli) manat pul cavabdehdən alınıb iddiaçılara ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızının və İddiaçı4, Cavabdeh2 Xankişi oğluna qarşı “Tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddiası qismən təmin olunsun.

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə verilmiş, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsinin 0,2249 hektar hissəsi Cavabdeh2 Xankişi oğlunun qanunsuz zəbtindən azad edilsin. Cavabdeh2 Xankişi oğlunun həmin 0,2249 hektar torpaq sahəsində qanunsuz tikmiş olduğu tikililər onun öz hesabına sökülsün.

2. Cavabdeh2 Xankişi oğlundan ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 50 (əlli) manat pul alınıb, iddiaçılara verilsin.

3. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin.

4. İddia tələbi 0,0451 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 Xankişi oğlunun qanunsuz zəbtindən azad edilməsi və Cavabdeh2 Xankişi oğlunun özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar