Məhkəmə qərarları › İş №2(018)-400/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-400/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-400/2024 02.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə birgə faktiki nikahlarından 19 dekabr 2022-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş X1 doğum faktının müəyyən olmasına, atası X4, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, X4 ilə 2021-ci ilin noyabr ayında faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 19 dekabr 2022-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində Mərdan adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onların rəsmi nikahları olmamasına və vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Ərizəçi onun gəlnidir. Ərizəçi oğlu X4 ilə 2021-ci ilin noyabr ayında faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 19 dekabr 2022-ci il tarixdə ev şəraitində Astara rayonu, Şiyəkəran kəndində Mərdan adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da şahid X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi 30 avqust 2005-ci il tarixdə anadan olmuşlar, Astara rayonu, Şiyəkəran kəndində yaşayırlar. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi X4 ilə 2021-ci ilin noyabr ayında faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 19 dekabr 2022-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində Mərdan adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onlar vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 dekabr 2022-ci il təvəllüdlü Mərdan adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Mərdan adlı uşağın doğum tarixi 19 dekabr 2022-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mərdan adlı uşağın doğum tarixi 19 dekabr 2022-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndində anadan olması, soyadı «Dadaşov», atasının adı «X4», anasının adı « Ərizəçi» olması müəyyən edilsin. X4 adlı uşağın doğum tarixi 19 dekabr 2022-ci il, doğum yeri Astara rayonu, Şiyəkəran kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar