Məhkəmə qərarları › İş №2(018)-41/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-41/2023

07.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-41/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,6711 hektar torpaq sahəsinin cavabdeh X2 qanunsuz zəbtindən azad edilməsi, Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Astara rayon Kijəbə qəsəbəsində alqı-satqı yolu ilə 0,6711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 iyul 2022-ci il olan Çıxarış da tərtib edilmişdir. Lakin mülkiyyətlərində olan 0,6711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 23 may 1995-ci il tarixdə anadan olmaqla, orada qeydiyyatdadır və Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 iyul 2022-ci il olan Çıxarış məlum olur ki, İddiaçı mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,6711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 19 mart 2020-cu il olan Çıxarış məlum olur ki, Cavabdeh mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/3675 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 iyul 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan 0,6711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********40, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 19 mart 2020-cu il olan Çıxarışda qeyd edilən Cavabdeh mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,4925 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. 0,6711 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərazidə torpaq çatışmamazlığına görə Torpaqların elektron kadastr uçoto informasiya sistemində faktiki vəziyyətə uyğun 0,5963 hektar ölcüdə öz əksini tapmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 iyul 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərinə 0,5963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, İddiaçı Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulmasını tələb etmiş olsa da həmin özbaşınalıq hərəkətlərinin nədən ibarət olmasını göstəməmiş və həmin halı təsdiq edən hər hansı bir subutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Eləcə də Cavabdeh İddiaçı mülkiyyətində olan 0,5963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tutması müəyyən edilmişdir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 0,5963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/3675 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pulun 60 (altmış) manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğindəki rüsuma görə pulun 60 (altmış) manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı, Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbinə dair” iddiası qismən təmin olunsun.

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 04 iyul 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan 0,5963 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən (zəbtindən) azad edilsin və İddiaçı qaytarılsın.

2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 60 (altmış) manat pul alınıb, İddiaçı verilsin.

3. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin.

4. İddia tələbi 0,0748 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən (zəbtindən) azad edilməsi və Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar