Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-41/2024 31.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh Rəməzan qızının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh Rəməzan qızına qarşı “mülkiyyət hüququnun müdafiəsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, orada tikilmiş fərdi yaşayış evinin və əlavə tikililərin sökülməsi və əkilmiş sitrus meyvə ağaclarının cavabdehin hesabına çıxarılması tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rəməzan qızına qarşı “mülkiyyət hüququnun müdafiəsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, orada tikilmiş fərdi yaşayış evinin və əlavə tikililərin sökülməsi və əkilmiş sitrus meyvə ağaclarının cavabdehin hesabına çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəməzan qızı tərəfindən qanunsuz tutulmuş 0.5513 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin, əlavə tikililərin (tövlənin, təndirxananın, ayaq yolunun, quyunun və sair tikilərin) sökülməsi, əkilmiş sitrus və meyvə ağaclarının cavabdehin hesabına çıxarılması, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayonu Çayoba kəndi ərazisində yerləşən 0.5513 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Hansı ki, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmaqla Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mübahisə edilən torpaq sahəsinin mülkiyyətlərində olmasına baxmayaraq cavabdeh X5 həmin torpaq sahəsinin müəyyən hissəsini zəbt etmiş orada qanunsuz ev inşa etmiş, əlavə tikililər (təndirxana, tövlə, ayaq yolu, və sair) tikmiş, həmçinin sitrus və meycə ağacları əkmişdir. Tərəflərindən mülkiyyətlərində olan torpaq sahəsinin naturada yerinin tanıdılması üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinin mütəxəssisi tərəfindən mübahisə edilən torpaq sahəsinin yeri naturada göstərilmişdir. Hansı ki, bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-21-3-4-43/2-B-001539/2023 nömrəli məktubları ilə bildirilmişdir. Cavabdeh Şərqiyə Mövsümovaya bildirilmişdir ki, qanunsuz inşa etdiyi fərdi yaşayış evi, tikilər və əkdiyi ağaclar onin mülkiyyətində olan torpaq sahəsidir. Fərdi yaşayış evi, tikililər sökülməli və əkilmiş ağaclar çıxarılmalıdır. Cavabdeh qanunsuz əməlinə son qoymamış, əksinə bizi nəlayiq söyüşlərlə təhqir etmiş və hədələmişdir. Beləliklə cavabdeh Şərqiyə Mövsümova qanunsuz əməllərinə son qoymamış qanunsuz tutduğu torpaq sahəsini zəbtdən azad etmədiyindən, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh Rəməzan qızı tərəfindən qanunsuz tutulmuş 0.5513 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi, orada inşa edilmiş fərdi yaşayış evinin, əlavə tikililərin (tövlənin, təndirxananın, ayaq yolunun, quyunun və sair tikilərin) sökülməsi, əkilmiş sitrus və meyvə ağaclarının cavabdehin hesabına çıxarılması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Rəməzan qızının nümayəndəsi X13 iddianı qəbul etməyərək bildirdi ki, mübahisə edilən torpaq sahəsi İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə onların mülkiyyətinə verilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə rayonun kadastrı tərəfindən torpaq sahəsinin kodları silinmişdir. Lakin, onradan o həmin kodları bərpa etdirmiş və çıxarış sənədinin alınması üçün müraciətlər etmiş lakin ala bilməmişdir. İş üzrə təkrar ekspertiza keçirilməsini xahiş edir. Ümumiyyətlə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh Rəməzan qızının nümayəndəsi X6 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5302 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1804/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-163 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində ümumi ölçüsü saxlanılmaqla iki hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Astara Rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2000-ci il tarixli 175 saylı qərarı ilə Cavabdeh Rəməzan qızının istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri, xüsusilə də ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Rəməzan qızının istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və həmin torpaq sahəsinin ölçüsünün 0,30 ha olması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-163 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,27 ha hissəsinin Cavabdeh Rəməzan qızı tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Cavabdeh Rəməzan qızı tərəfindən istifadə edilən həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin, köməkçi tikililərin (tövlə, saray) və ağacların mövcud olması müəyyən edilmişdir. Astara Rayon İcra Hakimiyyəti başçısının 21 iyun 2000-ci il tarixli 175 saylı qərarı ilə Cavabdeh Rəməzan qızının istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri xüsusilə də ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.06 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN-163 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İşə materialına əlavə edilmiş Astara RİH Astara rayon Dövlət Arxivinin 216 saylı xx.xx.2023cü il tarixli arxiv çıxarışından görünür ki, AR Astara RİHB-nın xx.xx.2000-ci il tarixli 175 saylı sərəncamından çıxarışa əsasən X1 fərdi ev tikməkdən ötrü 0.06 ha torpaq sahəsi ayrılmışdır. İşə materialına əlavə edilmiş Torpaq sahəsinin verilməsinə dair xx.xx.2000-ci il tarixli aktdan görünür ki, X1 xx.xx.2000-ci il tarixli 175 saylı sərəncama əsasən fərdi ev tikməkdən ötrü 0.06 ha torpaq sahəsi ayrılmışdır. İşə materialına əlavə edilmiş Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin 547 saylı arayışından görünür ki, Mövsümova X8 rayonu Pensər kəndində ailə üzvləri- əri X13, oğlu X10, oğlu X11, gəlini X2, nəvəsi X17 və nəvəsi X18 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Astara RİHB-nın Pensər kənd İƏDÜN-nin 467 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Pensər kəndində yaşayır. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 7E-3723 nömrəli etibarnamə sənədindən görünür ki, Cavabdeh Rəməzan qızı etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 02 il müddətinə X7 etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 7E-7106 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 02 il müddətinə Vəkil etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli order sənədindən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,27 ha hissəsi Cavabdeh Rəməzan qızı tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3- 16-16/2-10/5302 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Mövsümova X3 Fizuli İmaməli oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,27 ha hissəsindən çıxarılmalı, İddiaçı məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,27 ha hissəsində Cavabdeh Rəməzan qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evi, əlavə tikililər Cavabdeh Rəməzan qızının hesabına sökülməli, əkilmiş ağaclar Cavabdeh Rəməzan qızının hesabına çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Mövsümova X3 Fizuli İmaməli oğluna məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,27 ha hissəsindən çıxarılsın. İddiaçı məxsus olan Astara rayonu, Çayoba kəndində yerləşən 0,5513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,27 ha hissəsində Cavabdeh Rəməzan qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evi, əlavə tikililər Cavabdeh Rəməzan qızının hesabına sökülsün, əkilmiş ağaclar Cavabdeh Rəməzan qızının hesabına çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-41/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-41/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver