Məhkəmə qərarları › İş №2(018)-41/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-41/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-41/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçılar Ağayev Azar, X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar Ağayev Azar, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi, özgənin qanunsuz sahibliyindən şəxsi əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Ağayev Azar, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi, özgənin qanunsuz sahibliyindən şəxsi əmlakın geri tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Təngərüd kəndində yerləşən 0.1008 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq onların qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxslərdən mülkiyyətlərinə qəsd edilən özbaşnalıq hərəkətlərinə son qolyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə iddiaçı Ağayev Azar iddialarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı X10 iddialarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçılar Ağayev Azar, X10 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Astara rayon Təngərüd kəndində ailə üzvlərinin sayına uyğun 0.1008 ha torpaq sahəsi verilməklə torpaq üzərində mülkiyyət hüquqları adlarına yazılmış xx.xx.2022-ci il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adlarına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Təngərüd kəndində yaşayan cavabdehlər tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək həmin ərazidə tikililər tikməklə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiklərinə görə onlara xeyli miqdarda ziyan vurmuşlar. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətləri ilə əlaqədar son dövrlərdə səlahiyyətli Dövlət orqanları tərəfindən tələbləri ilə bağlı xüsusi mülkiyyətlərinə verilən 0.1008 ha torpaq sahəsinin Astara rayon Təngərüd kəndində yerləşməklə onlara naturada göstərildiyinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdehlər tərəfindən zəbt edilmiş, könüllü qaydada qanuni sahibliklərinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən 0.1008 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınıb, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxslərdən mülkiyyətlərinə qəsd edilən özbaşnalıq hərəkətlərinə son qolyulmasına məhkəmə vasitəsi ilə tələb edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə iş üzrə Cavabdeh1 iddia tələbini qəbul etməyərək qeyd edilən torpaq sahəsini pul qarşılığında aldığını və mübahisəli torpaq sahəsinin ona aid olduğunu bildirdi. Odur ki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçılar Ağayev Azar, X7, Cavabdeh2 və Cavabdeh1 Mirəhməd oğlunu dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, X13, X8 və X1 ümumi birgə mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/9390 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3540/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-677 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********44 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar X15, X13 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Tangrüd kəndi ərazisində yerləşən 0,1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçılar tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 618 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin X15, X13 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan sözügedən 0,1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli ərazidə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-677 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********44 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar X15, X13 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu, Təngərüd kəndi ərazisində yerləşən 0.1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə cavabdehlər Cavabdeh1 Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-677 nömrəli "Torpağa mülkiyyət huququna dair Dövlət Aktı" əsasında) və **********44 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə iddiaçılar X15, X13 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilən tikilinin (fərdi yaşayış evinin) bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur. İş materialına əlavə edilmiş ölüm haqqında şəhadətnamə sənədlərinin surətlərindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə, X4 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş MYİ0****** seriya və nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Ağayev Azar xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. İşə əlavə edilmiş MYİ0630683 seriya və nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Ağayeva Maya xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. İşə əlavə edilmiş Astara RİHB-nın Təngərüd kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 118 saylı arayışından görünür ki, X3 rayonu Təngərüd kəndində yaşayır. İşə əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbəsi İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 317 saylı arayışından görünür ki, X2 rayonu Kijəbə qəsəbəsində yaşayır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçılar Ağayev Azar və X5 xüsusi mülkiyyətində olan Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/9390 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağayev Azar, X10 və digərlərinə məxsus olan Astara rayonu,Təngərüd kəndində yerləşən 0.1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, Ağayev Azar, X10 və digərlərinə məxsus olan Astara rayonu,Təngərüd kəndində yerləşən 0.1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Ağayev Azar, X10 və digərlərinə məxsus olan Astara rayonu,Təngərüd kəndində yerləşən 0.1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Ağayev Azar, X10 və digərlərinə məxsus olan Astara rayonu,Təngərüd kəndində yerləşən 0.1008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi sökülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar