Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-42/2025 04.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızının cavabdeh X10 qarşı «mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızının cavabdeh X10 qarşı «mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyylərində olan 0,18 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxsin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddilarını müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Astara rayon Kijəbə kəndində ailə üzvlərinin sayına uyğun 0.39 ha torpaq sahəsi verilməklə torpaq üzərində mülkiyyət hüquqları adlarına yazılmış xx.xx.2015-ci il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adlarına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Kijəbə kəndində yaşayan cavabdeh tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin 0,18 ha zəbt edərək həmin ərazidə tikililər tikməklə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə onlara xeyli miqdarda ziyan vurmuşdur. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətləri ilə əlaqədar son dövrlərdə səlahiyyətlı Dövlət orqanları tərəfindən tələbləri ilə bağlı xüsusi mülkiyyətlərinə verilən 0.39 ha torpaq sahəsinin Astara rayon Kijəbə kəndində yerləşməklə ona naturada göstərildiyinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən 0.18 ha zəbt edilmiş, könüllü qaydada qanuni sahibliklərinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mülkiyylərində olan 0.18 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxsdən mülkiyyətlərinə qəsd edilən özbaşnalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə iddiaçılar X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçılar X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin torpaq sahəsi ona bələdiyyə tərəfindən verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə İddiaçı1 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********50 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X2, X7 və X4 xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş “JN-198A KOD 80102005” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"dən görünür ki, Astara rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Astara rayonu, Qəcimərdan kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə olan verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6834 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli, 3-21-3-3-43/2-2530/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun üç hissədən ibarət olmaqla 0,36 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-198A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə cavabdeh X8 mülkiyyətində olan Astara rayonu, Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,06 ha həyətyanı torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə X8 faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Cavabdeh X8 faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, cavabdeh X8 faktiki istifadəsində 0,40 ha torpaq sahəsinin mövcud olması və həmin torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha (faktiki 0,36 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 ha hissəsinin cavabdeh X13 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı cavabdeh X8 istifadəsində olan köməkçi tikilinin (sarayın) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha (faktiki 0,36 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmçinin cavabdeh tərəfindən istifadə edilən həmin 0,15 ha torpaq sahəsi üzərində çoxillik əkmələrin də mövcud olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Astara rayonu, Kijəbə qəsəbəsində xx.xx.1965-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Astara rayonu, Lovayın kəndində xx.xx.1967-ci ildə anadan olmuşdur. İşə materialına əlavə edilmiş Astara rayonu Kijəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 31 saylı arayışından görünür ki, X3 rayonu, Kijəbə qəsəbəsində hazırda yaşadığı 0,40 ha torpaq sahəsini 1999-cu ildən etibarən istifadə edir. İşə əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbəsi İƏDÜN-nin 548 saylı xx.xx.2024-cü il arayışından görünür ki, X1 rayonu Pensər kəndində yaşayır. İşə əlavə edilmiş AZE08219597 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1975-ci il tarixdə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara RİH-nin Astara rayonu Kijəbə qəsəbə İƏDÜN-nin arauışlarından görünür ki, İddiaçı1 və İddiaçı2 Astara rayonu, Kijəbə qəsəbəsində yaşayırlar. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 ha hissəsi cavabdeh X13 tərəfindən zəbt edilmişdirş. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6834 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh X13 iddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsindən çıxarılmalı, İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsində X13 tərəfindən inşa edilmiş tikili (saray) X8 hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh X13 iddiaçılar İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsindən çıxarılsın. İddiaçı1, X2, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsində X13 tərəfindən inşa edilmiş tikili (saray) X8 hesabına sökülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-42/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-42/2025
04.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver