Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-424/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətırın mütəxəsisinin torpaq sahəsinə və evə giriş çıxışına maneə törədilməməsi, faktıkı yerində müayinə keçirilməsi üçün şəraıtın yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, o, 1959-cu ildə Astara rayonu Təngərüd kəndində doğulmuşdur. Bu günə kimi ailəsi ilə birlikdə atasına məxsus olmuş evdə yaşayır. X5 həmin evi 1969 cu ildə inşa etmişdir. Ev 2 mərtəbəli, 3 otaqdan ibarətdir. Atası 16 mart 1988 ildə vəfat etmişdir. Bundan sonra ondan qalmış ev miras əmlak kimi üç qardaş o, Əskərov Xəyyam və Cavabdeh arasında bərabər paylarla bölünmüşdür. Buna dair Astara rayon Notarat kontoru tərəfindən onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin evə və torpaq sahəsinə mülkiyyət hüququna dair sənədləri almaqdan ötrü o, Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinın əməkdaşı ölçmə işlərini aparıb müayinə akı tərtib etmək istəsədə Cavabdeh Xidmət əməkdaşlarına ölçmə işlərinin aparılmasına maneələr törətmiş və xidmət əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu səbəbdəndə Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazı İdarəsi 29 noyabr 2024 cü il tarixdə 3-21-3-43/2-2836/2024 və 3-21-3-43/2-3876/2024 saylı məktubla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında ona məktub ünvanlanmışdır. Məktubda qeyd olunur ki, "Daşınmaz əmlakın dövlət ryestri haqqında" Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan unversallaşdırma işlərinin aparılması, mövcud texnikı vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Şöbənin aidiyatı mütəxəssisləri tərəfindən həmın daşınmaz əmlaka baxış keçirilməli və sözügedən əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Bu səbəbdəndə ona imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçirilməsinə cavabdehlər Cavabdeh mane olur. Bu hərəkətləri ilə cavabdeh onun mülkiyyət hüquqnu pozur. Odur ki, cavabdeh X1 maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətırın mütəxəsisinin torpaq sahəsinə və evə giriş çıxışına maneə törədilməməsi, faktıkı yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, həmin torpaq sahəsində ölçmə işlərinin aparılmasına onun tərəfindən heç bir maneə yaradılmamışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, cavabdeh lə Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3876/2024 saylı məktubdan görünür ki, "Daşınmaz əmlakın dövlət ryestri haqqında" Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan unversallaşdırma işlərinin aparılması, mövcud texnikı vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Şöbənin aidiyatı mütəxəssisləri tərəfindən həmın daşınmaz əmlaka baxış keçirilməli və sözügedən əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Bu səbəbdəndə ona imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçirilməsinə cavabdehlər Cavabdeh mane olur. İş materiallarına əlavə edilmiş Astara rayon Notarat kontoru tərəfindən verilmiş reyestrdə /11- 77 № ilə qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, iddiaçının X5 həmin evi 1969 cu ildə inşa etmişdir. Ev 2 mərtəbəli, 3 otaqdan ibarətdir. Atası 16 mart 1988 ildə vəfat etmişdir. Bundan sonra ondan qalmış ev miras əmlak kimi üç qardaş o, Əskərov Xəyyam və Cavabdeh arasında bərabər paylarla bölünmüşdür. İş materialında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Astara rayonu Təngərüd kəndində anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 611 saylı arayışından görünür ki, İddiaçı Astara rayon Şiyəkəran kəndində yaşayır. İş materialında olan xx.xx.2025-ci il tarixli, ********** mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə müəyyən edildi ki, Astara rayonu Təngərüd kəndində yerləşən ev iddiaçı və cavabdehin ataları Mirağa Əskərova məxsus olub. Mirağa Əskərov 1988-ci ildə vəfat etmiş, ev miras əmlak kimi miras qoyanın övladları arasında bərabər pay olmaqla paylar müəyyən edilmiş və Cavabdeh miras olan evdə ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Astara rayonu Şiyakəran kəndində yerləşən evdə ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi Cavabdeh qadağan edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Astara rayonu Təngərüd kəndində yerləşən evdə ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəssisin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-424/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-424/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver