Məhkəmə qərarları › İş №2(018)-428/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-428/2024

10.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-428/2024 10.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X20 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı «ümumi birgə mülkiyyətdəki torpaq sahəsindən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə mülkiyyətlərində olan, JN-465 KOD 80102018 saylı dövlət aktına əsasında Astara rayon Kijəbə kəndində verilmiş 0,39 ha torpaq sahəsindən onların paylarına düşən hissənin müəyyən olunması və dövlət reyestrində qeydə alınması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 teleqram ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan işə baxıb iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, ailə üzvləri ilə birgə Astara rayon Kijəbə kəndində yaşayırlar. Azərbaycan Respublikası ərazisində aparılmış torpaq islahatları ilə bağlı ailə üzvlərinin sayına uyğun olaraq yaşadıqları Astara rayonu Kijəbə kəndində .39 ha torpaq sahəsi JN 465 kod 80102018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş, ailə üzvləri kimi onlar ümumi mülkiyyətlərində olan torpaq sahəsindən birlikdə istifadə edərək əldə etdikləri gəlirləri ailənin ümumi tələbatına sərf etmişlər. Onlara verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin şəhadətnaməsində qeyd olunan X1 xx.xx.2008-ci ildə vəfat etmişdir. X1 ataları X8 ilə qeyri- rəsmi nikahda olmuş və atamda xx.xx.1971-ci itdə da vəfat etmişdir. Anamın payına düşən miras torpaq sahəsini faktiki biz qəbul etmişik və hazırda bizim istifadəmizdədir. Cavabdeh qardaşım Cavabdeh -öğlu uzun müddətdir ki, Rusiya dövlətində yaşay ır. Onunla əlaqəmiz kəsilmişdir. Odur ki, bizə düşən payların ayrılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.Bundan əlavə bildiririk ki,torpaq aktında X4 adı X2 ,İddiaçı2 adı X7, Cavabdeh adı X3 qeyd olunsada Astara rayon İcra Hakimiyyəti Başçısının Kijəbə kənd icra nümayəndəsinin verdiyi arayışa əsasən qeyd olunan səhvliklər düzəldilmişdir. Cavabdeh ilə birgə mülkiyyətlərində olan, JN-465 KOD 80102018 saylı dövlət aktına əsasında Astara rayon Kijəbə kəndində verilmiş 0,39 ha torpaq sahəsindən onların paylarına düşən hissənin müəyyən olunması və dövlət reyestrində qeydə alınması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan JN-465, KOD 80102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktından görünür ki X4 adı X2 ,İddiaçı2 adı X7, Cavabdeh adı X3 qeyd olunsada Astara rayon İcra Hakimiyyəti Başçısının Kijəbə kənd icra nümayəndəsinin verdiyi arayışa əsasən qeyd olunan səhvliklər düzəldilmişdir. Cavabdeh ilə birgə mülkiyyətimizdə olan, JN-465 KOD 80102018 saylı dövlət aktına əsasında Astara rayon Kijəbə kəndində verilmiş 0,39 ha torpaq sahəsindən birgə mülkiyyətçilərdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçləri paylarının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, JN-465, KOD 80102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Astara rayonu Kijəbə kənd ərazində 0,39 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/4 hissə, İddiaçı2 payı 1/4 hissə,Cavabdeh payı 1/4 hissə və mərum X5 payı 1/4 hissə müəyyən edilməlidir «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-465, KOD 80102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Astara rayonu Kijəbə kənd ərazində 0,39 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsində, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçləri - İddiaçı1 payı 1/4 hissə, İddiaçı2 payı 1/4 hissə, Cavabdeh payı 1/4 hissə və mərum X5 payı 1/4 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar