Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-433/2023 17.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi «mirasın qəbul edilməsi və “Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktının məxsus olmasına faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktının Ərizəçi, X4, X6, X13, X7, X14 və X10 məxsus olması və Astara rayonu, Çayoba kəndində yerləşən, Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktında qeyd edilən Astara Rayon Aqrara İslahat Komissiyasısının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə ailə üzvüləri kimi ümumi birgə mülkiyyətlərinə verilmiş 1,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 miras qalmış payını miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, X3 onun xalası olmaqla həmişə onunla yaşamışdır. Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən onun və ailə üzvülərinin ümumi, birgə mülkiyyətlərinə, Astara Rayon Aqrara İslahat Komissiyasısının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə Astara rayonu, Çayoba kəndinin ərazisində yerləşən 1,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 da onun ailə üzvü sayıldığına görə onun adı həmin siyahıda olmuşdur. Mərhum xalası X16 01 avqust 2007-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən yaşadıqları evdə ölmüşdür. O, ailə başçısı kimi hazırda mərhum xalası X16 miras qalmış Astara rayonu, Çayoba kəndinin ərazisində yerləşən 1,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payını miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Lənkəran ərazi idairəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X11 izahat verərək bildirdi ki, o, 11 fevral 1949-cu il tarixdə anadan olmaqla Astara rayonu, Çayoba kəndində yaşayır. Ərizəçi qonşu kimi yaxından tanımışdır. Mərhum xalası X16 onunla bir ailədə yaşamaqla Ərizəçi, onun ailə üzvülərinin ümumi, birgə mülkiyyətlərində olan 1,87 hektar torpaq sahəsi olmuşdur. Mərhum xalası X16 01 avqust 2007-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən yaşadıqları evdə öldükdən sonra onun payını Ərizəçi qəbul etməklə idarə etmişdir. Həmçinin onların kəndində X17 adında adam yaşamamışdır. Məhkəmə baxışı iclasında iştirak edən şahid X8 da şahid X11 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 15 iyun 1958-ci il tarixdə Astara rayonu, Çayoba (keçmiş Telman) kəndində anadan olmaqla, orada yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrnin surətindən görünür ki, X12 03 dekabr 1961-ci ildə, X15 14 iyun 1981-ci ildə, X18 10 sentyabr 1983-cü ildə, Ramazanova (Rəhmətova ) Zahirə Mail qızı 26 aprel 1985ci ildə, X19 isə 15 may 1987-ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 14 fevral 2023-cü il tarixli 544 saylı arayışından məlum olur ki, X32 ilə X16 arasında nikah 21 sentyabr 1976-cı il tarixdə 232 saylı akt qeydi ilə rəsmiləşmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 07 fevral 2023-cü il tarixli və 14 fevral 2023-cü il tarixli 315 və 545 saylı arayışından məlum olur ki, X32 16 may 1991-ci il tarixdə, X16 isə 01 avqust 2007-ci il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 15 fevral 2023-cü il tarixli 462 və 463 saylı arayışından məlum olur ki, X9 atası X20 17 sentyabr 1958-ci il tarixdə, anası X24 isə 18 aprel 1987-ci il tarixdə ölmüşlər. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Pensər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu Çayona kəndində yaşamış və orada ölmüşdür. Onun ölümündən sonra Astara rayonu, Çayoba kəndində yaşadığı evdə vərəsələri və ya çıxıb gedən vərəsələri olmamışdır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktından məlum olur ki, Ərizəçi ailə üzvülərinin ümumi, birgə mülkiyyətlərinə, Astara Rayon Aqrara İslahat Komissiyasısının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə Astara rayonu, Çayoba kəndinin ərazisində yerləşən 1,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı məlum oldu ki, Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktında qeyd edilən Astara Rayon Aqrara İslahat Komissiyasısının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə ailə üzvüləri kimi ümumi birgə mülkiyyətlərinə verilmiş 1,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 miras qalmış payını miras əmlak kimi Ərizəçi qəbul etmiş və aktda yanlışlıq olduğu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi miras qalmış torpaq sahəsində olan payı qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də, hazırki mülki iş üzrə miras əmlakı qəbul edən bir vərəsə - Ərizəçi vardır. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları, vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməsi, vərəsə Ərizəçi miras əmlakdan faktiki olaraq istifadə etməsi onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsənin konkret hərəkətləri və rəftarı mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, Ərizəçi vərəsə kimi mirası qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, vərəsənin mirası qəbul etməsi faktı tanınmalıdır, həmçinin “Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktının isə Ərizəçi onun ailə üzvülərinə və X10 məxsus olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, “Torpağın mülkiyyət hüququna dair” JN-178 (KOD:********) saylı Dövlət Aktının məxsus olmasına dair» ərizəsi təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Astara rayonu, Telman (indiki Çayoba) kəndi ərazisində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,87 hektar torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair qeyd edilmiş, JN-178 (KOD:********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Ərizəçi, X4, X6, X13, X7, X14 və X10 məxsus olması faktı müəyyən edilsin. X1 miras qalmış, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Astara rayonu, Telman (indiki Çayoba) kəndi ərazisində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,87 hektar torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair qeyd edilmiş, JN-178 (KOD:********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,87 hektar torpaq sahəsində ümumi, birgə mülkiyyətdə olan payının Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-433/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-433/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver