Məhkəmə qərarları › İş №2(018)-449/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-449/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-449/2025 12.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən Cavabdeh istifadəsində olan evə uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq 2013-cü ildə evlənmişlər, nikahlarını isə 03 mart 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə evləndikdən sonra cavabdehin qardaş və bacılarının razılığı ilə ailə üzvü kimi yaşamaqdan ötrü Astara rayonu, Rüdəkənar kəndində yerləşən mərhum valideynlərindən qalmış Cavabdeh istifadəsində olan 1 mərtəbəli, 2 otaqlı, mətbəx, bağlı və açıq eyvandan ibarət yaşayış evinə gəlin köçmüşdür. Həmin evin hüquqi statusu yoxdur. Fərdi yaşayış evinin mülkiyyətçisi olmadığı üçün o istəsə belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlaya bilməmişdir. Cavabdeh ilə 2013-cü ildən 2024-cü ilin dekabr ayına kimi ər-arvad olaraq yaşamışlar. Həmin evdə 2 uşağları anadan olmuşdur. Əvvəllər ər-arvad münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehin günahı üzündən münasibətləri pozulmuşdur. Spirtli içki qəbul etdiyi üçün səbəbsiz olaraq evdə olan qab-qacaqları sındırmış, uşaqların və onun əyin paltarlarını çölə atmış, azyaşlı uşaqları ilə birlikdə onu evdən qovmuş, yaşamağa başqa yeri olmadığından müvəqqəti olaraq valideynlərinin yanında sığınacaq tapmışdır. Mübahisə edilən evdə yalnız o, əri və azyaşlı uşaqlar ilə birlikdə yaşamışlar. Cavabdehin bacı və qardaşları onun uşaqlarla birlikdə evə köçməklərinə etiraz etmirlər. Bütün cehiz əmlakları onun və uşaqların geyim paltarları mübahisə edilən evdədir. Yaşamağa başqa yeri olmadığından uşaqlarla birlikdə evə köçürülməyinə zərurət vardır. Beləliklə işin hallarına görə Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuşlar, birgə nikahdan 2 nəfər azyaşlı uşaqları vardır. Mübahisəli evdə ər-arvad olaraq 2013-cü ildən hal-hazıra kimi ər-arvad olaraq yaşamışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehlə nikaha daxil olaraq yaşayış evinə gəlin köçməsi, bir müddət ərzində azyaşlı uşaqları ilə birlikdə yaşayış evində yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının həmin yaşayış evinə gətirilməsi və hazırda da orada olması işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, AZE12898912 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə anadan olmuş, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, AZE12898912 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə anadan olmuş, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X4 nikahı haqqında xx.xx.2015-ci il tarixdə 08 №-li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 yanvar 2025-ci il tarixli 2 saylı arayışdan görünür ki, İddiaçı, əri-Cavabdeh, qızı-xx.xx.2014-cü il təvəllüdlü X6 və qızıxx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə 2015-ci ildən hal-hazıra kimi Astara rayonunun Rüdəkənar kəndində Cavabdeh mərhum valideynlərindən qalma 1 mərtəbəli, 2 otaqlı, mətbəx, qış eyvanı və yay eyvanından ibarət fərdi yaşayış evində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 14 yanvar 2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 27 dekabr 2024-cü il tarixində, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat İMS rüsumu, 10 (on) manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı mübahisəli yaşayış evində yaşamış, hətta gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə gətirmiş və cehiz əşyaları da hazırda orada qalmaqdadır. Həmçinin, onun əri Cavabdeh da övladları ilə həmin yaşayış evində yaşamışdır. Bütün bunlar isə, iddiaçının özünün və uşaqlarının mənzil ehtiyaclarının ödənilməsi üçün mübahisəli yaşayış evində yaşayaraq istifadə etməsini, özünə məxsus cehiz əşyalarını da hazırda orada saxlamaqla, yaşayış evi ilə bağlılığını kəsməməsini göstərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddsində qeyd edilir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə özlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin etmək məqsədilə mübahisəli yaşayış evində yaşamışlar. Mənzil Məcəlləsində yaşayış sahəsinə verilən anlayışda da onun vətəndaşların daimi yaşaması və müəyyən edilmiş sanitariya, texniki norma və qaydalara cavab verən ayrıca sahə olması kimi xüsusiyyətləri qeyd edilmişdir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2015-ci ildə nikahın rəsmiləşdirilməsi ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2009-cu il oktyabrın 1-dən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Mübahisəli yaşayış evinin mülkiyyətçisi sağ deyil. Tərəflər nikaha girərkən də, sağ olmamışdır və iddiaçı cavabdeh tərəfindən həmin evə köçürülmüş və orada yaşamış və cavabdehlə rəsmi nikah münasibətlərində qalmaqdadırlar. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı da, yaşayış evi ilə əlaqədar yuxarıda qeyd edilən bağlılıqları nəzərə alınmaqla, ondan istifadə etməkdə və azyaşlı uşaqları ilə birlikdə orada yaşamaqda haqlıdır. Ona görə də, iddia təmin edilərək, iddiaçı və onun azyaşlı uşaqları yaşayış evinə köçürülməlidirlər. Azsərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə Astara rayonunun Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar