Məhkəmə qərarları › İş №2(018)-45/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-45/2025

06.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-45/2025 06.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanın sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə Astara rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanın sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanının sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Ona və ailə üzvlərinə Astara rayon, Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfat məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0, 69 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onaların mülkiyyətlərində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 27 may 2021-ci il tarixdə onlara **********83 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətlərində olan 0,69 ha torpaq sahəsinə gedən ümumi istifadə yolunu qanunsuz olaraq zəbt etmiş və həmin yolda qanunsuz olaraq darvaza qoymuşdur. Dəfələrlə ona ümumi istifadə yolunun azad edilməsi, qanunsuz qoyulmuş darvazanın götürülməsi deyilsə də, cavabdeh heç kimə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh bu hərəkətləri ilə onların torpaq üzərində olan mülkiyyət hüquqlarını pozmuş və mülkiyyətlərində olan torpaqdan istifadə etmələrinə imkan verməmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanının sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, mülkiyyətində olan torpaq sahəsinə gedən yolda hazırda maneənin olmadığını, tərəflərindən maneənin aradan qaldırıldığını, həmçinin 07 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə razı olduğunu bildirərək iddia tələbinə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı mülkiyyətinə heç bir maneə yaratmadığını və müvafiq ekspert rəyi ilə razı olduğunu bildirdi. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7652 saylı, 07 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3- 43/2-2789/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********3 reyestr nömrəli çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-182 nömrəli "Torpağa Mülkiyyət hüququna dair Dövlət Akti əsasında) İddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətlərində olan, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətindəki mübahisə predmeti olan gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunmaması (tutulmaması) müəyyən olunmuş və yolda hərəkətin sərbəst olması müşahidə olunmuşdur. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-ci il tarixli ********** qeydiyyat nömrəli və **********3 reyestr nömrəli çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla 2/7 hissə payı müəyyən edilmişdir. İş materialında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuşdur İş materialında olan Azərbaycan Respublikası Astara RİHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 452 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materialında olan AZE00085505 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuşdur İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 21498 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin alınması üçün 95 (doxsan beş) manat məbləğində rüsum ödəmişdir. Mülki işə əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki obyektlərin tədqiqi üçün 50 (əlli) manat rüsum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülməlidir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********3 reyestr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətlərində olan, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətindəki mübahisə predmeti olan gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunmaması (tutulmaması) müəyyən olunmuş və yolda hərəkətin sərbəst olması müşahidə olunmuş, həmin hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7652 saylı, 07 noyabr 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddiaçı tərəf cavabdeh tərəfindən yaradıldığını iddia etdiyi maneələrin özü tərəfindən aradan qaldırıldığını bildirmiş, beləliklə, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7652 saylı, 07 noyabr 2024-cü il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanın sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat və mütəxəssis rəyinin alınması üçün 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilməli, həmçinin tikinti-texniki obyektlərin tədqiqi üçün 50 (əlli) manat rüsum iddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt olunmuş hissəsinin azad olunması, qanunsuz qoyulmuş darvazanın sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat və mütəxəssis rəyinin alınması üçün 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün 50 (əlli) manat rüsum İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar