Məhkəmə qərarları › İş №2(018)-455/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-455/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-455/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Hacızadə Hacə Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 2014-cü ildən gəlin köçüb ailənin üzvi kimi yaşadığı cavabdeh şəxslərin istifadələrində olan Astara rayonu, Suparibağ kəndində yerləşən, cehiz əmlaklarının və qızıl-zinət əşyalarının yerləşdirdiyi evinə iki azyaşı uşaqları ilə köçürməyi və yaşayış sahəsindən istifadə qaydasının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş emişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək bildirdi ki, Astara rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə nikahlarının pozulmuş, 2 azyaşlı uşaqları onun yanında saxlanılmışdır. Qeyd etmişdir ki, gəlin köçdüyü evdə əlavə iki otaq tikmiş, cehiz əmlaklarının olduğu otaqda uzun müddət yaşamışdır. Yaşadığı dövrdə ümumi təsərrüfatı birgə idarə etdiyini, sonradan cavabdeh tərəfindən işgəncələr məruz qalaraq evdən qovulmuşdur. Ona görə də, o, «yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair» iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia edilən ev cavabdehlərdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Qanunvericiliyə görə İddiaçı həmin yaşayış evinə köçürülməsi mümkün deyil və yaşayış sahəsindən istifadə hüququ tanınmır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Suparibağ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxx 1995-ci il tarixdə anadan olmuş və Astara rayonu, Suparibağ kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan 25 may 2014-cü il tarixli, 20 nomrə ilə rəsmiləşdirilmiş nikah aktının pozulması qət edimişdir. Mülki işə əlavə edilmiş ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Suparibağ kəndində 0,23 hektar torpaq sahəsi üzərində yerləşən 219.6 kv/metr fərdi yaşayış evi İddiaçı oğlunun tam, torpaq sahəsi isə X4, X10, X8, X5 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Mikayılova X1 Coşqun Əfraş oğlu arasında olan ər-arvad münasibətləri pozulduğundan ayrılmışlar. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməsini və istifadə qaydalarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən məlum oldu ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərə məxsus olmaqla, onların mülkiyyətindədir. Belə ki, ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu, Suparibağ kəndində 0,23 hektar torpaq sahəsi üzərində yerləşən 219.6 kv/metr fərdi yaşayış evi İddiaçı oğlunun tam, torpaq sahəsi isə X4, X10, X8, X5 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmişdir. Cavabdehlər isə iddiaçının həmin evdə yaşaması üçün razılıq verməmişlər. Bununla bağlı iddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi hazırda Cavabdeh1 mülkiyyətindədir. Onunla İddiaçı arasında qeyd edilən yaşayış evində yaşamsına dair hər-hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamaışdır.Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar