Məhkəmə qərarları › İş №2(018)-459/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-459/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-459/2024 30.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ İş № 2(018)-459/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx.xx.2024-cü il Astara şəhəri ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onu- Ərizəçi 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində doğulmağı faktının bərpa edilməsi, yeni şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, Ərizəçi 1963-cü ildə Astara rayonu Şümrüd kəndində doğulmuşdur. X6 ilə anası X3 ilə nikah olmadığı üçün soaydım anamın soyadı ilə Ağamalıyev kimi qeyd edilmişdir.Doğum haqqında şəhadətnaməm olmadığı üçün təkrar şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş.lakin Maraqlı şəxsndə saxlanılan arxiv məlumatlarında doğumu haqqında heç bir məlumat aşkar olunmamışdır. Hazırda doğum şəhadətnaməm olmadığından hüquqlarından tam istifadə edə bilmir. 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində doğulmağı faktının bərpa edilməsi, yeni şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X2 bildirdi ki, Ərizəçi oğlu onun ögey kiçik qardaşıdır. Yolağa 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində anadan olub. Məhkəmə Ərizəçi, və şahid X1 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizəqismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 349 № doğum haqqında akt qeydindən görünür ki, X4 1983cü ildə Astara rayonu Şümrüd kəndində doğulmuşdur. Atası Ərizəçi oğlu 06 yanvar 1963-cü təvəllüdlü. İş materiallarında Maraqlı şəxs 14 № arayışından görünür ki, Maraqlı şəxs arxivində Ərizəçi doğum haqqında məlumatı yoxdur və ona məhkəməyə müraciyət etməsi bildirilmişdir. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi Astara Rayon Kijəbə qəsəbəsində yaşayır. Beləliklə məhkəmədə müəyyən edildi ki, Ərizəçi 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində anadan olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin olunsun. Ərizəçi 06 yanvar 1963-cü il tarixdə Astara rayonu Şümrüd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar