Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-46/2024 24.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X3 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətlərindəki torpaq sahəsinin cavabdehdən alınaraq onlara qaytarılması, mülkiyyətlərində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və cavabdehin onlara məxsus torpaq sahəsi ilə bağlı özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X1 Rayon Məhkəməsində Cavabdeh qarşı mülki iddia qaldırmışlar. İddiaçılar Cavabdeh onların xüsusi mülkiyyətlərində olan 0,38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarını və cavabdehə özbaşına hərəkətlərinə son qoyulmasını məhkəmədən xahiş etmişlər. İş üzrə ekspertiza rəyi alındıqdan sonra iddiaçılar məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə verərək, iddia verdiyi zaman zəbt olunmuş torpaq sahəsində cavabdehin tikililəri olduğunu bilməmələrini göstərərək, verdikləri iddianın həcmini artıraraq, Cavabdeh zəbt etdiyi onlara məxsus torpaq sahəsində tikmiş olduğu tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0,38 hektar kənd təsərüfatlı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Buna görə də onlara JN-0339 nömrəli, 80108018 KOD-lu “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı verilmişdir. Torpaq sahəsinin sərhədləri yerində naturada ona göstərilmişdir. Həmin torpaq sahəsi onların xüsusi mülkiyyətlərində olmasına baxmayaraq, Cavabdeh onların mülkiyyət hüquqlarını pozaraq, torpaq sahəsini zəbt etmiş, həmin ərazidə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh topağı zəbt etməklə yanaşı, orada qanunsuz olaraq köməkçi tikililər (tövlə, saray və hin) də tikmişdir. Cavabdehdən dəfələrlə tələb edilsə də, torpaq sahəsini zəbtdən azad etməsini bildirsə də, cavabdeh qanunsuz əməllərinə haqq qazandıraraq, torpaq sahəsini boşaltmamışdır. Odur ki, Cavabdeh tərəfindən özbaşınalıq yolu ilə zəbt etdiyi mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbtdən azad olunub istifadəsinə verilməsi, həmin torpaq sahəsində tikililərin öz hesabına sökülməsi və cavabdehə özbaşınalıq hərəkətlərinə son qoyulması tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X5 məhkəməyə teleqramla müraciət edərək, üzürlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
1. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən və Astara rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X1 rayonu Siyaku kəndində yaşayırlar.
2. 80108018 KOD seriyalı, JN 0339 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X4 Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0,38 hektar həyətyani torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onların xüsusi mülkiyyətindədir.
3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-862/2024 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 07 may 2024-cü il tarixli, 3-16-16/2-10/2851 saylı rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı əsasında JN-339 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və ailə üzvlərinə mülkiyyətlərinə verilmiş Astara rayonu Siyaku kəndində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç hissədən (0.03 ha, 0.17 ha və 0.1784 ha) ibarətdir. Həmin 0,38 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,1784 ha hissəsinin yerləşməsi müəyyən olunmuş və 0,1784 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun, ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-339 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və ailə üzvlərinə mülkiyyətlərinə verilmiş Astara rayonu Siyaku kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0,1784 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Həmin 0,1784 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilən köməkçi tikililərin (tövlə, saray, hin) mövcud olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X3 xüsusi mülkiyyətində Astara rayonu Siyaku kəndində yerləşən 0,38 hektar torpaq sahəsi var. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, Astara rayonu Siyaku kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus 0,38 hektar torpaq sahəsinin 0,1784 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Cavabdeh tərəfindən zəbt olunmuş və iddiaçılara məxsus olan 0,1784 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən köməkçi tikililər (tövlə, saray, hin) vardır. Tətbiq edilən maddi hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Tətbiq edilən prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan maddi və prosessual qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X4 məxsus Astara rayonu Siyaku kəndində yerləşən 0,38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,1784 hektar sahəsindən çıxarılmalı, Cavabdeh tərəfindən həmin torpaq sahəsində qeyri-qanuni tikilmiş tikililər (tövlə, saray, hin) cavabdehin hesabına sökülməli və cavabdehin həmin torpaq sahəsi barədə özbaşınalıq hərəkətlərinə son qoyulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə əlaqədar 95 manat (doxsan beş) məbləğində xərc (pul) da Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından məlum olur ki, iddiaçı dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin.
1. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X4 məxsus Astara rayonu Siyaku kəndində yerləşən 0,38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,1784 hektar sahəsindən çıxarılsın.
2. Cavabdeh tərəfindən həmin torpaq sahəsində qeyri-qanuni tikilmiş tikililər (tövlə, saray, hin) cavabdehin hesabına sökülsün və cavabdehin həmin torpaq sahəsi barədə özbaşınalıq hərəkətlərinə son qoyulsun.
3. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin.
4. İş üzrə mütəxəssis rəyi ilə əlaqədar ödənilmiş 95 manat (doxsan beş) manat məbləğində xərc (pul) Cavabdeh alınaraq İddiaçı1 ödənilsin.
5. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
6. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov