Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2670/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(105)-64/2025 nömrəli 30 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0.31 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır.
2. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Quba rayonun Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.91 ha torpaq sahəsi verilmiş, bu torpaq sahəsi üzərində mülkiyyət hüququ, mülkiyy ət hüququna dair JN-242 nömrəli KOD 30318068 olan dövlət aktı ilə rəsmiləşdirilmişdir. Dövlət aktında həmin torpaq sahəsi iki planşetdə əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsini cavabdeh zəbt etmişdir. İddiaçıda olan məlumata görə cavabdehin özünə məxsus torpaq sahəsi onun torpaq sahəsindən sonrakı iki qonşunun torpaq sahəsini də keçdikdən sonra yerləşir. Lakin cavabdeh heç bir qanuni əsası olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada meyvə-tərəvəz əkir, hətta heyvanları üçün otlaq sahəsi kimi də istifadə edir. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxması tələb edilsə də, “sənin burada torpağın yoxdur” deyərək ca vab vermişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, İdarənin mütəxəssisləri torpaq sahəsini ölçmək istəyərkən cavabdeh buna mane olmuş və ölçmə işləri aparılması mümkün olmamışdır. Bununla bağlı iddiaçıya göndərilən 26 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən bir tərəf döngə nöqtəsi göstərilmiş, lakin digər 3 tərəfini göstərərkən məlum olmuşdur ki, həmin torpaq sahəsini digər vətəndaş istifadə edir, həmin vətəndaşa bu torpaq sahəsinin X1 məxsus olması bildirilsə də, o ölçü işlərinin aparılmasına etiraz etmişdir. Həmçinin bundan bir il əvvəl də iddiaçı torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə bağlı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Bununla bağlı 161 manat məbləğində dövlət rüsumu da ödəniş edib. Lakin yenə cavabdeh ölçmə işlərinə mane olub və bununla bağlı 161 manat ziyana düşüb.
5. Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, torpaq islahatları gedən zaman Quba rayon AİK-nın qərarı ilə Dağlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış torpaqlardan ona və ailə üzvlərinin mülkiyyətinə əkin və bağ sahəsi verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bu günə kimi də həmin torpaqlar onun və ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti y oxdur, həmin sahə başqa şəxsə məxsusdur. O, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və iddianın rədd olunmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsinin mütəxəssisi tərəfindən verilmiş rəydə göstərilib ki, İddiaçı mülkiyyətində olan olan daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü-il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 ilə qeydə alınmış Quba rayonu Dağlı kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 242Z planşetində göstərilən 0.40 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh və ailə üzvlərinə JN-242 K od 30318068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 242Z planşetində qeyd edilmiş 0.40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etmir. Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir.
7. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadla yenidən ekspertiza təyin etmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli 10/1708 nömrəli ekspert rəyi verilmişdir. Ekspertiza tədqiqatı mütəxəssis rəyinə əsasən aparılmış və mütəxəssis rəyi ilə eyni hallar müəyyən edilmişdir.
8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-105/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim - Aydın Babayev).
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə ilk növbədə iddiaçının qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Belə ki, hazırkı mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən məhz mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müvafiq ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli qeydiyyat (nömrəsi **********, reyestr nömrəsi **********25) əsasında Quba rayonu, Dağlı kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0.31 ha torpaq sahəsi cavabdehə və ailə üzvlərinə JN-242 kod 30318068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 242Z planşetində göstərilən 0.40 ha torpaq sahəsilə üst-üstə düşmür. Habelə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində zəbtdən kənar hər hansı digər maneələrin mövcudluğu və aradan qaldırılması zərurətinə dair tələb irəli sürməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işlə bağlı mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddia tələbini rədd etmişdir. Belə ki, müvafiq ekspertiza nəticəsində torpaq sahəsinin ilə üst-üstə düşmədiyi barədə məhkəmənin mövqeyi və gəldiyi nəticə ilə qətiyyən razılaşmır. İddia tələbinin hüquqi əsasını başqasının qanunsuz sahibliyindən öz mülkiyyətinin geri tələb edilməsi təşkil edir. O, iddia tələbinin hansı hissəsində torpaq sahənin cavabdehin t orpaq sahəsi ilə kəsişibkəsişmədiyini araşdırmağı tələb etmişdir? Ümumiyyətlə torpaq sahələrinin kəsişibkəşişməməsi ilə bağlı onun hər hansı tələbi olmamışdır, olsaydı da bu zaman cavabdehin mülkiyyət sənədinin ləğvi tələbi ilə yəqin ki, inzibati məhkəməyə müraciət edərdi, bu məsələnin ümumi məhkəmənin səlahiyyətinə aidiyyəti olmadığı gün kimi aydındır. Birinci instansiya məhkəməsində iştirak edərkən ixtisaslı hüquqi yardım almadan məhkəmə iclaslarında iştirak etmiş və məhkəmənin ekspertiza təyin edərkən ekspert qarşısında qoyduğu suallara fikir verməmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, məhkəmə mübahisənin həllinə kömək edən, mübahisəni və işin hallarını aydınlaşdırmağa xidmət edən suallar qoymamış, əksinə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişib-kəsişmədiyini aydınlaşdırmağa çalışmışdır. Ekspert də haqlı olaraq torpaq sahələrinin kəsişmədiyi nəticəsinə gəlmişdir. Ekspert rəyi ilə müəyyən olunub ki, cavabdehə verilən dövlət aktında göstərilən 242Z planşetində qeyd edilmiş 0,40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan sahəsi ilə eynilik təşkil etmir. Məhkəmə bu hala hüquqi qiymət verməmiş və cavabdehin izahatı ilə ekspert rəyindəki həmin ziddiyyətli məqamı da araşdırmamışdır. Göründüyü kimi iş üzrə cavabdeh məhkəmədə öz torpağından istifadə etdiyini bildirsə də, ekspert rəyi ilə öz torpağından istifadə etmədiyi təsdiq olunur. Eyni zamanda onun iddia etdiyi torpağın çıxarışdakı torpaqla eynilik təşkil etdiyi də rəylə təsdiq olunur. Hesab edir ki, məhkəmənin onun iddia tələbi ü zrə araşdırmalı olduğu məsələlər hər birinin torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən hər hansı formada zəbt edilib-edilməməsi, əgər zəbt olunmuşdursa hansı hissədə, eyni zamanda mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsində cavabdeh tərəfindən hər hansı maneə halının mövcudluğu ilə bağlı olmalı idi. Lakin məhkəmə tərəfindən ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsi və mənim mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneələrin olub-olmaması araşdırılmadan sırf “torpaq sahələri üst-üstə düşmür” deyilərək iddia tələbi rədd edilmişdir.
13. İddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alan məhkəmə kollegiyası iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmiş, ekspertizanın keçirilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saqlı Xaçmaz Ərazi İdarəsinin mütəxəssislərinə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə etmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşir. - Cavabdeh və ailə üzvlərinə JN242 Kod 30318068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.40 ha torpaq sahəsi öz koordinatları daxilində yerləşir. - İddiaçı X3 tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki olaraq mübahisə predmeti olan massivdə heç bir torpaq sahəsindən istifadə etmir. - İddiaçı X3 tərəfindən Quba rayonu, Cavabdeh tərəfindən Quba rayonu, Dağlı kəndi ərazisində faktiki istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsi 1.24 ha təşkil edir (Sxem tərtib olunmuşdur kordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). - İş materialında olan 28,04.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********25 olan hüquqları n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0,31 ha torpaq sahəsi tam olaraq cavabdeh tərəfindən istifadə olunur. İddiaçı X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus olan 0.91 ha torpaq sahəsi faktiki olaraq və sənədlər üzrə üst-üstə düşmür (Sxem tərtib olunmuşdur koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 məxsus Quba rayonu, Dağlı kənd ərazisində yerləşən 0.31 ha torpaq sahəsi, bütövlükdə cavabdeh tərəfindən istifadə olunur (Sxem tərtib olunmuşdur kordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir).
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən xx.xx.2025-ci il tarixli 10/9271 nömrəli rəy vermişdir. Ekspertiz rəyi mütəxəssis rəyinə tam uyğundur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-64/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) Cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneələrin aradan qaldırılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir (hakimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov).
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi ekspert rəyi ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat k ifayət qədər yüksəkdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 139.1, 140, 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil – Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin artıq torpaq sahəsindən istifadə etməsi halını məhkəmə yanlış olaraq sərhəd qonşusu olmadıqları halda torpağı zəbt edilmiş iddiaçının ərazisinin cavabdeh tərəfindən zəbt olunması kimi yanlış qiymətləndirmişdir. İddiaçı ilə cavabdehə məxsus olan faktiki və sə nəd üzrə torpaq sahələrinin heç bir qonşu sərhədi olmamışdır. Onlara aid torpaq sahələri arasında digər şəxsə məxsus torpaq sahəsi yerləşmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) və Torpaq Məcəlləsinin 84-cü maddəsinə (Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur) istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Cavabdehin torpaq sahəsindən qanunsuz istifadə etməsinə dair hər hansı bir sübuta istinad edilməmişdir. Belə ki, torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarışın verilmə tarixindən göründüyü kimi iddiaçı həmin torpaq sahəsinə dair sənədi xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bu tarixdən öncə həmin torpaq sahəsinin kimin istifad əsində olmasını araşdırmamışdır. Bundan başqa məhkəmə mütəxəssis rəyinə istinad edərək iddiaçının mübahisəli ərazidə heç bir torpaq sahəsindən istifadə etmədiyni qeyd etmişdir. Lakin 0.91 ha torpaq sahəsinə dair cavabdehin xx.xx.1999-cu il tarixdən xüsusi mülkiyyətinə verilməsinə dair dövlət aktına diqqət yetirməmişdir. Belə ki, dövlət aktının tarixindən də göründüyü kimi cavabdeh Aqrar islahat komissiyasının 1999-cu il tarixli qərarına əsasən xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsindən haqlı olaraq bu günədək mübahisəsiz qaydada istifadə etməklə ona sahiblik etmiş və orada kənd təsərrüfatı bitkiləri əkərək çoxillik meyvə bağı salmışdır. Eyni zamanda məhkəmə bu faktı özü də qətnamənin 47-ci abzasında təsdiq edərək iddiaçıya məxsus 0,31 ha torpaq sahəsi ilə cavabdehə məxsus 0,91 ha torpa q sahəsinin faktiki və sənəd üzrə üst-üstə düşmədiyini qeyd etmişdir. Lakin sonradan heç bir tutarlı dəlil olmadan cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılması və ona yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul etmişdir. Məhkəmə torpaq sahəsinin hansı fakta əsasən cavabdeh tərəfindən zəbt edildiyini və hansı hərəkətlərlə iddiaçının istifadəsinə maneə yaradıldığını göstərməmişdir.
21. Tərəfin məhkəməyə təqdim etdiyi mülkiyyət hüququna dair çıxarış və mütəxəssis rəyi həqiqətə nail olmaq üçün yetərli deyil. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar onun özü tərəfindən təqdim edildiyi üçün mötəbər hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini x ahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanu nvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....
29. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir
30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsi nə yol verilmir.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
34. Maddə 238.1. Daşınmaz əmlak kimi torpa q mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
35. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədədir.
47. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
48. Baxılan işdən də göründüyü kimi alğı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır.
49. Mülki Məcəllənin 14.2.1-ci maddəsində əmlaka dair bağlanmış müqav ilələr, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
50. Göründüyü kimi iddiaçının alğı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə etməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 14.3-cü maddələrində nəzərdə tutulan hüquqi əsaslardır.
51. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən olunmasından ibarətdir.
12. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən c avabdeh tərəfindən istifadə olunur.
52. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ vardır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
53. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər, mahiyyəti etibarilə iddia tələbinə qarşı etiraz dəlilləridir. Başqa sözlə, həmin dəlillər işin faktik halları ilə bağlıdır. Bu mahiyyətdə olan dəlillər isə kassasiya icraatının predmeti deyildir.
54. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu k imi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassas iya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətd ə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-64/2025 nömrəli 30 aprel 2025ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.