Məhkəmə qərarları › İş №2(3-8)-373/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-373/2026

31.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-373/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı X5 cavabdehlər X4, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * nömrəli Xaçmaz Ərazi İdarəsi, “X7 Xidməti” Publik Hüquqi Şəxsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, 2(031)-185/2025 qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: 1.İddiaçı X5 cavabdehlər X4, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * nömrəli Xaçmaz Ərazi İdarəsi, “X7 Xidməti” Publik Hüquqi Şəxsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 mülkiyyətində olan torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən # #### 2023-cü il rarixdə satılmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 4 iyul 2023-cü ildə 2823024530 nömrəsi ilə qeydə alınmış, ## #### 2023-cü il tarixli çıxarışı, B****** nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə işıq, qaz, su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə X6 miras qalmış şəhid Daşqın Kərimov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gedişgəliş yolunun verilməsi, cavabdeh Şabran bələdiyyəsinə məxsus və X4 qanunsuz istifadəsində olan 375 kv.metr torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən # #### 2023-cü il tarixdə satılmış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən # #### 2023-cü ildə 2823024530 nömrəsi ilə qeydə alınmış, ## #### 2023-cü il tarixli çıxarışı, B****** nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə, X6 miras qalmış şəhid Daşqın Kərimov küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gediş-gəliş yolunun verilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * nömrəli Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 adına ünvan 1 ünvanında aşkar edilmiş fərdi yaşayış evinə verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218-***** reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Şabran Rayon Məhkəməsinin 2(031)-185/202* nömrəli mülki işi üzrə ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərardada əsasən iddiaçı X5 cavabdehlər X4, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * nömrəli Xaçmaz Ərazi İdarəsi, “X7 Xidməti” Publik Hüquqi Şəxsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə icraata iddiaçı X5 cavabdehlər X4, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * nömrəli Xaçmaz Ərazi İdarəsi, “X7 Xidməti” Publik Hüquqi Şəxsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinə qarşı çıxarışın ləğvi tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. (hakim Könül Mirzəfərova) 3.Həmin qərardaddan iddiaçı X3 şikayət verərək, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, 2(031)-185/202* nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. 4.Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia tələbi mülki xarakterli olmaqla, onun X4 qarşı irəli sürdüyü iddia tələbinin tərkib hissəsidir. Başqa sözlə həmin mübahisənin əmələ gəlmə səbəbi X4 qanunsuz davranışları, onun əmlak hüquqlarının pozulmasına yönəlmiş hərəkətləri ilə bağlıdır. Belə olan halda iddia tələbinə ayrıca inzibati məhkəmə tərəfindən baxıla bilməz. Hesab edir ki, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(031)-185/202* nömrəli qərardadı əsassız olduğundan və onun məhkəməyə müraciət hüququ məhdudlaşdırıldığından ləğv edilməlidir. 5.Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(031)-185/202* nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 6.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 7.Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. 8.Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(031)- 185/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 9.Beləliklə, hazırkı iş üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, qeyd olunan iddia tələbi mülki xarakterli olmaqla, onun X4 qarşı irəli sürdüyü iddia tələbinin tərkib hissəsidir, həmin mübahisənin əmələ gəlmə səbəbi X4 qanunsuz davranışları, onun əmlak hüquqlarının pozulmasına yönəlmiş hərəkətləri ilə bağlıdır. Belə olan halda iddia tələbinə ayrıca inzibati məhkəmə tərəfindən baxıla bilməz. 10.Belə ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. 11.Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq, Şabran Rayon Məhkəməsinin 2(031)-185/202* nömrəli mülki işi üzrə ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti 2(031)-185/202* nömrəli mülki işdə olan materiallar ilə birlikdə əlaqəli surətdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. 12.X5 iddia ərizəsində inzibati orqan tərəfindən X4 adına Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında olan yaşayış evi üçün saxta texniki pasport tərtib edildiyini qeyd etmiş, X4 DƏDRXnin ərazi idarəsinin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini iddia edərək sözügedən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin qanunvericiliyə əsasən DƏDRX-nin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın X5 iddia ərizəsində inzibati orqan tərəfindən X4 adına Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında olan yaşayış evi üçün saxta texniki pasport tərtib edildiyini qeyd etmiş, X4 DƏDRX-nin ərazi idarəsinin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verildiyini iddia edərək sözügedən çıxarışın ləğv edilməsini xahiş etmişdir. 13.Göründüyü kimi, iddiaçının “qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması” iddia tələbləri ilə “çıxarışın ləğvi” tələbi arasında birbaşa bağlılıq müəyyən olunmamışdır. 14.Beləliklə birinci instansiya məhkəməsi isə düzgün olaraq hesab etmişdir ki, qanunvericiliyə əsasən DƏDRX-nin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkətindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iş üzrə icraata sözügedən hissədə xitam verilməlidir. 15.Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarına əsasən Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRXnin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. DƏDRX-nin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir 18.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. 19.Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və düzgün olan qərardadı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 20.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mülki işin “çıxarışın ləğvi” tələbi hissəsində icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(031)-185/202* nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar