Məhkəmə qərarları › İş №2(102)-1969/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1969/2025

26.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1969/2025 26.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARDADİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 nömrəli iş üzrə 7 mart 2025 -ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı Salyan 2 saylı Notariat kontorunda xx.xx.2022-ci ildə bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin ləğvi və torpaq sahəsi üzərində qurğuların götürülməsi və həmin torpaq sahəsinə açılan qapıların bağlanılması və torpaq səhəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 nömrəli iş üzrə 7 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Salyan 2 saylı Notariat kontorund a xx.xx.2022-ci ildə bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin ləğvi və torpaq sahəsi üzərində qurğuların götürülməsi və həmin torpaq sahəsinə açılan qapıların bağlanılması və torpaq səhəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-724/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 nömrəli iş üzrə 25 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Salyan 2 saylı Notariat Kontorunda xx.xx.2022-ci ildə bağlanmış müqavilənin, onun hüquqi nəticələrinin ləğvi, torpaq sahəsi üzərində qurğuların götürülməsi, həmin torpaq sahəsinə açılan qapıların bağlanılması və torpaq səhəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)- 1139/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin, Məhkəmənin 2(057)- 1139/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)1139/2025 saylı, xx.xx.2025-ci il tari xli qəraradadının iddia ərizəsinin məhkəmə aidiyyətinə əməl edilməməsi əsası ilə geri qaytarılması hissəsindən İddiaçı tərəfindən verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Göründüyü kimi, məhkəmə aidiyyəti haqqında qərardadlardan (o cümlədən işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin g eri qaytarılması barədə qərardaddan) verilən şikayət kassasiya şikayətinə bərabər hesab edilir və qanunvericiliklə kassasiya şikayətinə aid tələblərə uyğun tərtib edilməli və verilməlidir. MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkil orderi əlavə edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya inst ansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə apellyasiya instan siyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 67.1, 403-1.3, 404-1.1, 404-1.2, 407.3, 408.1, 408.1.1, 408.1.3-cü maddələrini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2025 nömrəli iş üzrə 7 mart 2025-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayət qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar