Məhkəmə qərarları › İş №2(018)-47/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-47/2024

08.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-47/2024 08.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş zərərin əvəzinin geri tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş zərərin əvəzinin geri tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X1 tərəfindən tutulmuş 2468.94 kvadratmetr torpaq sahəsinin zəbtdən azad edilməsi, torpağa qanunsuz sahibkarlıqları zamanı götürdükləri 6000 (altı min) manatın gəlir və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayon X8 08 aprel 2002-ci il tarixli 01 saylı qərarı ilə 3 ayn-ayrı ərazidə kənd təsərrüfatı məhsulları istehsalı üçün cəmi 0,62 hektar torpaq sahəsi ümumi paylı mülkiyyətlərinə verilmişdir. Hansı ki, bu barədə onlara torpağa mülkiyyət hüququna dair “JN- 1057” saylı 80106018 KOD-lu dövlət aktı verilmişdir. X2 xx.xx.2000-ci il tarixdə və anaları X9 isə xx.xx.2008-ci ildə vəfat etmişlər. Torpaq sahəsinin mülkiyyətlərində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X12 qanunsuz olaraq 2468.94 kvadrat metr hissəsini zəbt etmiş və otlaq sahəsi kimi istifadə edirlər. Dəfələrlə tələb etsələr də torpaq sahəsini zəbtdən azad etməmişlər və öz-başınalıqlarnı davam etdirmişlər. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini 2002-ci ildən zəbt etmişlər və həmin ildən hər il 2 biçimdə hər dəfə 100 ədəd bağlama ot biçmişlər. Beləlliklə (22 il x100=2000 ədəd bağlama x 3 man =6000 manat) bizə ümumillikdə 6000 manat ziyan vurmuşlar. Cavabdeh1, Cavabdeh2 və X1 tərəfindən tutulmuş 2468.94 kvadratmetr torpaq sahəsinin zəbtdən azad edilməsi, torpağa qanunsuz sahibkarlıqları zamanı götürdükləri gəlir 6000 (altı min) manatın və ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, ona məxsus olan torpaq sahəsi də həmin yerdə yerləşir və o barədə rəsmi sənədi məhkəməyə təqdim edib, ona qarşı verilmiş iddianın təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkımədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair “JN-1057 saylı 80106018 kod”lu Dövlət aktından məlum olur ki, Astara rayonu, Pensər kənd sakini X10 Astara rayon Aqrar İslahatı Komissiyasının 08 aprel 2002-ci il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.62 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 1542-05/70 saylı arayışından gorünür ki, X14 06 fevral 2000-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 1543-05/70 saylı arayışından gorünür ki, X7 04 fevral 2008-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin “RX seriyalı1207167 nömrəli “ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışdan görünür ki, Astara rayonu, Pensər kəndində yerləşən 0.14 ha torpaq sahəsi X3, Cavabdeh1, X11, X4, X5, X6 ümumi birgə mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-2767/2023 saylı bildirişindən görünür ki, sənədlərin qanuna müvafiqliyi tərəflərindən araşdırılarkən hüquq müəyyənedici sənəd əsasında göstərilən torpaq sahəsinin ümumi ölçüsü yeni elektron uçot xəritəsində azalmaqla (fərqli) işlənməsi məlum olmuşdur. Bele ki, həmin torpaq sahəsinin ümumi ölçüsünün hüquqmüəyyənedici sened üzrə olduğu kimi 0.246994 ha deyil, azalmaqla yəni 0.1229 ha kimi göstərilməsi barədə Astara rayon məhkəməsi tərəfindən notarial təsdiqlənmiş razılıq ərizəsi təqdim olunduğu təqdirdə, faktiki olaraq yeni uçot xəritə məlumatlarına uyğun qeydiyyatın aparılması məsələsinə təkrarən baxıla bilər. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddesini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 saylı 2024-cü il tarixli 3-16-16/2-10/1984 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 04 mart 2024-cü il tarixli, 3-21-3-43/2-598/2024 №-li mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı JN-1057 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və digərlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Pensər kəndi ərazisində yerləşən üç hissədən ibarət 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,2468 ha hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Sözügedən 0,2468 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,12 ha ölçüdə öz əksini tapması müəyyən olunmuş və 0,12 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatlan müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd (JN-1056 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh1 və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,14 ha təsərrüfatı təyinatlı torpaq sahəsinin sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sözügedən 0,14 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,07 ha ölçüdə öz əksini tapması müəyyən olunmuş və 0,07 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-1057 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və digərlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Pensər kəndi ərazisində yerləşən üç hissədən ibarət 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,2468 ha (faktiki vəziyyətdə 0,12 ha) hissəsinin faktiki vəziyyətdə Cavabdeh2 istifadəsində olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, JN- 1057 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və digərlərinin mülkiyyətlərinə verilmiş məhkəmə predmeti olan 0,2468 ha (faktiki vəziyyətdə 0,12 ha) torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla ilkin hüquqmüəyyənedici sənəd (JN- 1056 (KOD ********) nömrəli "Torpağa mülkeyyət Hüququna dair Dövlət Aktı əsasında) Cavabdeh1 və digərlərinin mülkiyyətlərində olan 0,14 ha (faktiki vəziyyətdə 0,07 ha) torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması müəyyən edilmişdir İşə əlavə edilmiş ********* nömrəli xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Pensər kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2468 ha (faktiki vəziyyətdə 0,12 ha) hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 saylı 2024-cü il tarixli 3-16-16/2- 10/1984 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı məxsus olan Astara rayonu, Pensər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2468 ha (faktiki vəziyyətdə 0,12 ha) hissəsindən çıxarılmalıdır.Cavabdeh2 oğlundan 100 manat ekspertiza xərci tutulub İddiaçı verilməli və Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh2 oğlu, İddiaçı və digərlərinə məxsus olan Astara rayonu, Pensər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2468 ha (faktiki vəziyyətdə 0,12 ha) hissəsindən çıxarılsın. Cavabdeh2 oğlundan 100 manat ekspertiza xərci tutulub İddiaçı verilsin. Cavabdeh2 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar