Məhkəmə qərarları › İş №2(018)-473/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-473/2025

15.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-473/2025 15.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi X3 katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidməti cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkiddianın tələb hissəsini aşağıdakı formada dəqiqləşdirərək Xahiş edirik, X1, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Xarverdi oğlunun və Cavabdeh7 cavabdeh qismində tanınması tələbi təmin edilməklə, cavabdehlər X2 və yuxarıda adları qeyd olunan şəxslərin Xidmətin balansında olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın tələb hissəsini aşağıdakı formada dəqiqləşdirərək Xahiş edirik, X1, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Xarverdi oğlunun və Cavabdeh7 cavabdeh qismində tanınması tələbi təmin edilməklə, cavabdehlər X2 və yuxarıda adları qeyd olunan şəxslərin Xidmətin balansında olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən inzibati binada 1984cü il tarixindən həmin rayon sakini Cavabdeh1 yaşamaqdadır. Bununla bağlı Xidmət Cavabdeh1 qarşı ünvan 2 ünvanından çıxarılması üçün zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması tələbinə dair müraciət etmişdir və idda xx.xx.2022-ci il tarixli, 2(018)-106/2022 nömrəli qətnamə ilə təmin edilmişdir. Bundan sonra cavabdeh Astara rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilməmiş və ardınca Ali məhkəməyə müraciət etmişdir. Ali məhkəmə 2(102)-2477/2023 nömrəl xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 verdiyi kassasiya şikayəti təmin edilməmiş və Şirvan apellyasiya məhkəməsinin mülki kollegiyasının 2(106)-289/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh indiyədək icra məmurunun tələblərinə məhəl qoymamış və hələ də həmin binada yaşamaqdadır. Cavabdeh ailəsilə birlikdə 2008-ci il tarixindən Astara rayonu, Astara şəhəri, Nizami küçəsi54(keçmişNizamiküçəsi70)ünvanındaqeydiyyatdadır. Nəzərinizə çatdırırıq ki, ünvan 1 əvvəllər Nizami küçəsi 70 olub və cavabdehin şəxsiyyət vəsiqəsində də bu cür yazılıb. Ünvanın eyni olması barədə müvafiq arayış ərizəyə əlavə edilir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, həmin ünvanda hazırda Xidmətin Astara HMS əməkdaşları fəaliyyət göstərir və cavabdeh və ailəsinin inzibati binada yaşaması əməkdaşların iş fəaliyyətinə mane olur. Məhz cavabdehin mənzildə formal olaraq qeydiyyatda olması və hazırda könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmaması Xidmət tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaratmışdır. Hazırki iş üzrə Cavabdeh1 Xidmətin balansında olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasından istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Nümayəndə onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, o,uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətində işləmiş və həmin evi ona xidməti ev kimi vermişlər.Hazırda təqaüdə çıxıb.Həmin qeyri yaşayış sahəsində 40 ildən artıqdır ki, ailəsi ilə birlikdə yaşayır və orada yaxşılaşdırma işləri apararaq xeyli xərc çəkmişdir.Yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Ona görə onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, həmin evi onun həyat yoldaşına xidməti ev kimi vermişlər.Hazırda təqaüdə çıxıblar.Həmin qeyri yaşayış sahəsində 40 ildən artıqdır ki yaşayırlar və orada yaxşılaşdırma işləri apararaq xeyli xərc çəkmişlər.Yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Ona görə onlara qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehlər Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərətərəfli və obyektiv araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binası Astara Hidrometroloji stansiyası hüquq subyekti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə məxsusdur. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli, 1665 №-li arayışından görünür ki, ünvan 7 ünvanı hal-hazırda ünvan 8 Rayon Məhkəməsinin 2(018)-1062/2022 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazının torpaq sahəsi (dövlət əmlakı) Cavabdeh1 tərəfindən o vəsaiti hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Tab Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinə təhvil verilməsi qət edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Astara şəhəri, Nizami küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış binası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeologiya Xidmətinin balansındadır. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin yerdə qeydiyyatdadırlar. Astara Rayon Məhkəməsinin 2(018)-1062/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazının torpaq sahəsi (dövlət əmlakı) Cavabdeh1 tərəfindən onun vəsaiti hesabına boşaldılması və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Tab Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinə təhvil verilməsi qət edilmişdir.İddiaçı Azərbaycan Respublikası Ekologiya və Tab Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidməti həmin şəxslərin həmin qeyri yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2ci maddəsinə görə, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Eyni Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidın sübut edilmir.məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorolgiya Xidmətinin balansında olan Astara şəhəri, Nizami küçəsi 54 ünvanında yerləşən qeyri yaşayış binasına istifadə hüquqlarına xitam verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Astara şəhəri, Nizami küçəsi 54 ünvanında yerləşən qeyri yaşayış binasına istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar