Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-476/2025 03.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinə gedən yola qoyulan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Pensər kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələrin cavabdehlərin hesabına aradan qaldırılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 aprel 2002-1 tarixli, 01 saylı qərarına əsasən onun mülkiyyətinə Astara rayonun Pensər kəndində 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN- 0055, KOD 80106018 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiqlənmişdir. Torpaq sahəsı mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sünı olaraq yolda maneələr (dəmir darvaza və s) edərək torpaq sahəsinə gedən yolu zəbt etmiş. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət huququ pozulmuşdur. O, cavabdehlərlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsada, buna nail ola bilməmişdir. Cavabdehlər tərəfindən pozulmuş mülkiyyət huququ məhkəmə tərəfindən qorunmalı və mudafiə olunmalıdır. Odur ki, Astara rayonun Pensər kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,12 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələrin cavabdehlərin hesabına aradan qaldırılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmədə Cavabdeh1 bidirdi ki, iddia tələbini qəbul edirlər. İddia tələbində göstərilən maneə artıq aradan götürülmüşdür. Yekun məhkəmə aktının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmədə Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul edirlər. İddia tələbində göstərilən maneə artıq aradan götürülmüşdür. Yekun məhkəmə aktının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nı dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respubliaksı “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0055 Dövlət Aktından görünür ki, Astara rayon, Pensər kəndi kəndində yerləşən 0,12 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Astara RİHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 586 №-li arayışından görünür ki, İddiaçı Astara rayonu, Pensər kəndində yaşayır. İş materialına əlavə edilmiş № 53381 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Məhkəmədə müəyyən edildi ki, Astara rayonu Təngərüd kəndində yerləşən 0, 19 ha yaşayış məntəqələri torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir və cavabdehlər həmin torpaq sahəsi və onun üzərində yerləşən evə İddiaçı daxil olmasına maneə törədirlər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Astara rayon Pensər kəndini ərazisində yerləşən 0,12 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə gedən yola cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələr cavabdehlərin hesabına aradan qaldırılmalı və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Astara rayon Pensər kəndini ərazisində yerləşən 0,12 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə gedən yola cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələr cavabdehlərin hesabına aradan qaldırılsın və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-476/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-476/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver