Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-48/2025 12.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan, Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddilarını müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışa əsasən Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsi X11, X2, X12, İddiaçı3, İddiaçı4 və X3 ümumibirgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh dəfələrlə torpağı boşaltmasını bildirməyimizə baxmayaraq bizə əhəmiyyət verməmiş, torpağı boşaltmayacağını və məhkəməyə müraciət etməylərini bildirmişdir. Buna görə də məcbur qalıb Məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Odur ki, mülkiyyətində olan, Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi, ki mübahisəli torpaq sahəsi onun tərəfindən istifadə edilir və o,orada ağaclar əkmişdir. İddiaçı həmin torpaq sahəsini reyestr işçiləri ilə əlaqəyə girərək ona məxsus olan torpaq sahəsinin koordinatlarını sürüşdürməklə, ona məxsus olan torpaq sahəsinə sənəd almışdır. Ona görə ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı1 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********25 №-li reyestr çıxarışından məlum olur ki, Astara rayonu, Suparibağ ərazisində yerləşən 0,205728 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X11, X12, İddiaçı3, İddiaçı4,X7 və digərlərinin xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/8250 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmali Daşınmaz emlakin Dovlet Kadastrı ve Revestn publik hüquqi şəxsi 10 saylı Lenkeran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli 3-21-3- 44/2-3104/2024 saylı mütexessis rayinə əsasən, Hüquqlann Davlat qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 05.05 2015-ci il tarixli ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Cixansla (ikin huquqmuayyanedici sened JN-5824 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlat Ak asasında İddiaçı1 Mirnakim oğlunun və alle uzvlannin mülkiyyatlarinda sərhədləri və döngə koordinatian muayyed edilmişdir Araşdırma zamanı sözügedən torpaq sahəsinin sened üzrə mubahisəli ərazidə yerləşməsi və Torpaqların elektron kadastr uçotu informasiya sisteminde de mübahisəli ərazidə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 10.2024-cu il tarixli, 3-21-3-44/2-3104/2024 saylı mütəxəssis rəyinə əsasən. Astara rayon Aqrar İslahat Komissiyasının 23.04. 1999-cu il tarixli 11 saylı qərarı əsasında JN-581 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh X4 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha kənd feserrufati teyinatlı torpaq sahəsinin uç hissədən (0.0549 ha. 0.0430 ha ve 0.0512 ha) ibarət olması muəyyən edilmişdir Araşdırma zamanı sözügedən torpaq sahələrinin sənəd üzrə mübahisəli ərazidən kənarda yerləşməsi və Torpaqların elektron kadastr uçotu informasiya sistemində də mübahisəli ərazidən kənar (kəndin ayrı-ayrı yerlərində) üç hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözugedən 0.15 ha torpaq sahəsinin 0.0549 ha hissəsinin faktiki vəziyyələ uyğun 0,0419 ha olçude 00430 ha hissəsinin faktiki vəziyyətə uyğun 0.0335 ha ölçüdə və 0.0512 ha hissəsinin işə ümumi ölçüsüsaxlanılmaqlaözəksinilapmasımüəyyənolunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasın və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 10.2024-cü il tarixli, 3-21-3-44/2-3104/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla (ilkın hüquqmüəyyənedici sənəd JN-582A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 Mirhakım oğlunun və ailə üzvlərinin mülkiyyətlərində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,19 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasın və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07.10 2024-cu il tarixli, 3-21-3-44/2-3104/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 05 05 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN- 582A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 Meraking egrünun və ailə uzvlərinin mülkiyyətlərindəolan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-581 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş üç hissədən (0,0549 ha, 0,0430 ha və 0,0512 ha) ibarət 0,15 ha kənd təsərrüfajurtəyinath torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA697463 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1988-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Məçitməhəllə kəndində xx.xx.1981-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Astara rayonu, Məçitməhllə kəndində xx.xx.1980-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Astara RİHB-nın Rüdəkənar kənd İƏDÜN-nin 323 saylı xx.xx.2024-cü il arayışından görünür ki, Ağayev X5 rayonu Rüdəkənar kəndində yaşayır. İşə əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1959-cu il tarixdə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Astara rayonu, Supairbağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,19 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/8250 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək,cCavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Astara rayonu, Supairbağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,19 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Astara rayonu, Suparibağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,19 ha hissəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-48/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-48/2025
12.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver