Məhkəmə qərarları › İş №2(018)-5/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-5/2024

02.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-5/2024 02.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı, Cavabdeh Litfi oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi, mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh Litfi oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi, mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdə olan 0,08968 hektar torpaq sahəsinin qanunsuz istifadədən azad edilməsi, mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, 03 dekabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Şüvi kəndi ərazisində X1 təsərrüfatı torpaqları koteqoriyasına aid olan 0,08968 hektar torpaq sahəsi almışdır. O, aldığı 0,08968 hektar torpaq sahəsini dövlət qeydiyyatından keçirmiş, bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 18 dekabr 2020-ci il olan Çıxarış da tərtib edilmişdir. Cavabdeh Litfi oğlu onun mülkiyyətlərində olan həmin 0,08968 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt edərək, tutmuş, ticarət obyekti tikmişdir. Nəticədə o, mülkiyyətində olan torpaq sahəsindən uzun müddətdir ki, istifadə edə bilməmişdir. Onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh Litfi oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Litfi oğlu məhkəməyə teleqrama ilə müraciət edərək mülki işin baxılmasına üzürlü səbəbdəb iştirak edə bilmir. Mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 09 avqust 1994-cü il tarixdə anadan olmaqla ailə üzvüləri ilə birlikdə Astara rayonu Şüvi kəndində yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş 03 dekabr 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsindən məlum olur ki, İddiaçı Astara rayonu Şüvi kəndi ərazisində X1 təsərrüfatı torpaqları koteqoriyasına aid olan 0,08968 hektar torpaq sahəsi almışdır. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 18 dekabr 2020-ci il olan Çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətində Astara rayonu Şüvi kəndi ərazisində, kənd təsərrüfatı torpaqları koteqoriyasına aid olan 0,08968 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş 16 aprel 2021-ci il tarixli, 119/4 nömrəli Arxiv Çıxarışdan məlum olur ki, Astara rayonİcra Hakimiyyəti Başçısının 07 yanvar 1999-cu il tarixli 01 saylı sərəncamına əsasən Cavabdeh Litfi oğluna Astara rayonu Şüvi kəndi ərazisində, fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Mülki işə əlavə edilmiş 17 yanvar 1999-cu il tarixli aktdan məlum olur ki, Astara rayonİcra Hakimiyyəti Başçısının 07 yanvar 1999-cu il tarixli 01 saylı sərəncamına əsasən Cavabdeh Litfi oğluna Astara rayonu Şüvi kəndi ərazisində, fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,06 hektar torpaq sahəsi sərhədləri, qonşuları müəyyən edilməklə Cavabdeh Litfi oğluna təhvil verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2- 10/659 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3633/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0.08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.17 hektar olması məlum olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3633/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara RİHB-nin 07 yanvar 1999-cu il tarixli 01 saylı sərəncamı ilə 17 yanvar 1999-cu il tarixli akt əsasında Cavabdeh Astara rayonu Şüvi kəndi ərzisində verilmiş 0.06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və əks olunan) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.06 ha torpaq sahəsini sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0.046 ha olması məlum olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3633/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0.08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3633/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara RİHB-nin 07 yanvar 1999-cu il tarixli 01 saylı sərəncamı ilə 17 yanvar 1999-cu il tarixli akt əsasında Cavabdeh Astara rayonu Şüvi kəndi ərzisində verilmiş 0.06 ha torpaq sahəsinin sənəd üzrə konkred yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0.08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3633/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı mülkiyyətində olan Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0.08968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi və həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikilinin inşa edilməməsi və ya qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, İddiaçı mülkiyyətində Astara rayonu Şüvi kəndi ərazisində, kənd təsərrüfatı torpaqları koteqoriyasına aid olan 0,08968 hektar torpaq sahəsi vardır. Cavabdeh Litfi oğluna Astara rayonu Şüvi kəndi ərazisində, fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Ancaq məhkəmə iclasında məlum oldu ki, İddiaçı mülkiyyətində 0,08968 hektar torpaq sahəsi olmalı olduğu halda onun faktiki istifadəsində 0,17 hektar torpaq sahəsi vardır, Cavabdeh Litfi oğluna Astara rayonu Şüvi kəndi ərazisində, fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,06 hektar torpaq sahəsindən isə onun faktiki istifadəsində 0,046 hektar torpaq sahəsi vardır. Həmçinin İddiaçı mülkiyyətində olan Astara rayonu Şüvi kəndi ərazisində yerləşən, kənd təsərrüfatı torpaqları koteqoriyasına aid olan 0,08968 hektar torpaq sahəsi Cavabdeh Litfi oğlu tərəfindən tutulmamış, zəbt edilməmiş və ya hər hansı bir tikinti aparılmnamışdır. Bu hal məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/659 saylı rəyi ilə də öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X4, X3, X5, X6, Cavabdeh Litfi oğluna qarşı “Qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi, mülkiyyətində olan torpaq sahəsində tikilmiş evin sökülməsi və torpaqdan istifadə edilməsi müddətinə görə ziyanın ödənilməsi tələb edilməsi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar