Məhkəmə qərarları › İş №2(018)-502/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-502/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-502/2024 22.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və X2 katibliyi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “Mülkiyyət hüququnun müadfiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “Mülkiyyət hüququnun müadfiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 22 aprel 2024-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasları barədə olan bildirişləri almasına baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “Mülkiyyət hüququnun müadfiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan aldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (MPM-in 260.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “Mülkiyyət hüququnun müadfiəsi, qanunsuz tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi” barədə olan iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, ondan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar