Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-509/2024 13.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və maraqlı şəxs Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və maraqlı şəxs Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini məhkəmədən kənar həll etmək istədiyi bidirərək, iddia ərizəsini baxılmamış saxlanması və sənədlərinin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və maraqlı şəxs Astara rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanmasını iddia ərizəsinin qaytarılması kimi qiymətləndirərək, hesab edir ki, hazırki 2(018)-509/2024 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.11-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və maraqlı şəxs Astara rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-509/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-509/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver