Məhkəmə qərarları › İş №2(018)-51/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-51/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-51/2023 30.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən, Cavabdeh tərəfindən zəbt edilmiş, ümumi istifadədə olan yolunun açılması və onun özbaşanalıq hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsini çıxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı qızı iddianı müdafiə edib izahat verərək bildirdi ki, onun mülkiyyətində Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********85, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 noyabr 2019-cu il olan çıxarışda tərtib edilmişdir. Həmin torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən zəbt edilməklə, onun istifadəsinə maneələr yaradılmaqla mülkiyyət hüququnu pozur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayonu Siyəkü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı qızı 19 fevral 1961-c il tarixdə Bakı şəhərində anadan olmaqla, ailə üzvüləri ilə birlikdə Astara rayonu Siyəkü kəndində yaşayır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********85, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 noyabr 2019-cu il olan çıxarışdan məlum olur ki, İddiaçı qızının mülkiyyətində Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid 0,06 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyest nömrəsi **********51, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 06 dekabr 2018-ci il olan çıxarışdan məlum olur ki, iddiaçı X1 mülkiyyətində Astara rayonu Siyəkü kəndi ərazisində yaşayış məntəqələri torpaqları koteqoriyasına aid 0,06 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 10/7591 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********85, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 noyabr 2019-cu il olan çıxarışla İddiaçı qızının mülkiyyətində Astara rayonu Siyəkü kəndi ərazisində yaşayış məntəqələri torpaqları koteqoriyasına aid 0,06 hektar torpaq sahəsinin döngə nöqtələri və sərhədləri müəyyən edilmişdir. Həmin 0,06 hektar torpaq sahəsinə İddiaçı qızı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdəntorpaq islahatına dair kompleks yerqurluşu lahiyəsində gediş-gəliş yolunun olması müəyyən edilmişdir. Həmin yolun faktiki olaraq bir hissəsinin (20 metr uzunluğunda) açıq olması, bir hissəsinin (25 metr uzunluğunda) isə Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyində qeyd olunanlara əsasən, Astara rayonu Siyəkü kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Faktiki istifadə vəziyyətinə uyğun tərtib edilmiş “Torpaqların elektron kadastr uçotu informasiya sistemində” İddiaçı qızı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən yol olmaması, yəni həmin yerin Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi kimi olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında iddaçının nümayəndəsinin izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı Şahbazova X2 mülkiyyətlərində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun bir hissəsi Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutlması müəyyən olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı qızının mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Ona görə də, iddia təmin olunmalıdıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı qızının Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması tələbi barədə” iddiası təmin olunsun. İddiaçı qızının mülkiyyətlərində olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********85, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 03 noyabr 2019-cu il olan çıxarışda qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən, yaşayış məntəqələri torpaqları koteqoriyasına aid 0,06 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən məftillə qapı qoyularaq tutulmuş gediş-gəliş yolu Cavabdeh tərəfindən açılsın. Mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Cavabdeh alınaraq dövlət hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar