Məhkəmə qərarları › İş №2(018)-51/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-51/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-51/2025 24.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və özgənin qanunsuz istifadəsindən geri alınması» tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyylərində olan 0,18 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxsin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Astara rayonu, Qapçıməhəlləkəndi ərazisində mənim və ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsinin mülkiyyətlərində olması Torpağa mülkiyyət hüququna dair xx.xx.1994-cü il tarixli, JN 0041 saylı Dövlət Aktı ilə təsdiq edilir. Dövlət aktında mülkiyyətçi olaraq adı qeyd edilən ailə üzvlərindən həyat yoldaşı, o, və oğlunun adı qeyd edilmişdir. Qeyd edir ki, adı çəkilən torpaq sahəsi tərəflərindən hasara alınaraq içərisində tikili inşa olunmuş və həyətdə müxtəlif meyvə ağacları əkilmişdir.Məlumat üçün bildirir ki, mülkiyyətlərində olan torpaq sahəsi cavabdeh tərəfindən zorla zəbt olunmuşdur. Cavabdeh isə oğlu Təbrizin həyat yoldaşı (onlar hal-hazırda boşanma mərhələsindədirlər və iş Astara rayon məhkəməsinin icraatındadır) Solmazın anasıdır. Cavabdeh qəsdən öz qızına vermək məqsədilə torpaq sahələrini zəbt edərək ordan çıxmır. O, cavabdehə dəfələrlə torpaq sahələrini boşaltmasını tələb etsədə o, bu tələbinə məhəl qoymamışdır. Bu barədə şikayət ərizəsi ilə Astara rayon Polis Şöbəsinədə müraciət etmiş. Ərizəsinə yazılı cavab verilərək şikayətinin mülki xarakterli olduğu bildirlmiş və məhkəməyə müraciət etməyi qeyd olunmuşdur.Cavabdehin hal-hazırda torpaq sahəsindən çıxmaqdan imtina etməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir.Faktiki və hüquqi əsaslara görə mübahisəli torpaq sahəsi onun mülkiyyətimdir. Çünki həmin torpaq sahəsi mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona məxsusdur.Cavabdeh tərəfindən zəbt olunmuş mülkiyyətlərində olan Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və onun qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onlara məxsus 0,0724 ha və 0,0385 torpaq sahələri var. İddiaçı tərəf ilə qohum olandan sonra onların torpaqlarını birləşdirərək bir yerdə əkmişlər. Hazırda qohumluqları pozulub ona görə bu iddia verilibdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş JN-0041 KOD 80109018” nömrəli "Torpağın mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Astara rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə Astara rayonu, Qapıçıməhəllə kəndi ərazisində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Məmmədov eldar Oruc oğlu, X6 və X2 birgə mülkiyyətinə olan verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9770 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyesin publik huquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin 07 11.2024-cü il tarixli 3-21-3- 43/2-3555/2024 saylı mütəxəssis rayinə əsasən, Astara rayon Aqrar İsiahal Komissiyasının 23.04 1999-cu il tarixli 11 saylı qərarı əsasında JN-0041 nomreli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Məmmədova (İsayeva) Xatira Möhsum qızı və geynlərinin mülkiyyətlərinə verilmiş 0.22 ha kend təsərrüfatı təyinatlı torpaq sahəsinin dörd hissəcian (0.1443 ha 0.0292 ha 0.0030 ha va 0.0384 ha) ibarat olması müəyyən edilmişdir Araşdırma zamanı həmin 0 22 ha torpaq sahesinin 0 1443 ha hissəsinin mübahisəli ərazidə yerləşməsi və məhkəmə predmeti olması müəyyən edilmişdir (digər hissələrin isə mübahisəli ərazidən kənarda yerləşməsi müəyyən olunmuş). Araşdırma zamanı İddiaçı və qeyrisinin sözugedən mübahisə predmeti olan 0.1443 ha torpaq sahəsi uzanndə hüquqlan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********69 reyestr nömrəli "Torpaq sahəsinın planı və ölçüsü ile qeydiyyata alınması müəyyən olunmuşdur Sözügedən 0 1443 ha kənd təsərrüfatı təyinallı torpaq sahesinin sərhədiørn ve döngə nöqtələrinin koordinatlan müəyyən edilmişdir Araşduma zamanı 0 1443 ha kənd təsərrüfatı teyinatlı torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun İşlənilməsi və həmin "Torpaq sahasının planı və ölçüsu" sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur Azarbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqlann elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilənn və İcarəçilərin istifadələrində olan torpaq sahələri muasir olçu alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatlan müəyyənləşdirilmış və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir Həmçinin İddiaçı və qeyrisinin ümumi birgə mulkiyyətində olan sözügedən 0.1443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu İnformasiya sistemində mübahisəli ərazidə faktiki vəziyyətə uyğun 0.13 ha ölçüdə öz əksini tapmışdırQərardadınikincisualıüzrəİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastn va Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin 07 11.2024-cu il tarixil, 3-21-3-43/2-3555/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 12 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedicı sənəd JN-40 nömrəli "Torpağa mulkiyyət huququna dair Dövlət Aktı" əsasında), **********75 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçusü ilə Cavabdeh Möhsum qızının və qeyrilərinin ümumi birgə mulkiyyətində olan 0.0385 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən2312.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-40 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında), **********74 reyestr nömrəli "Torpaq sahəsinın planı və ölçüsü ilə Cavabdeh və qəvalena samumi birgə mülkiyyətində olan 0,0724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəlögbin sərhədlən və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı X3 və qeyrilərinin umumi birgə mülkiyyətində olan qeyd olunan 0.0385 ha vo 0.0724 ha torpaq sahələrindən 0.0724 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi 0.0385 ha torpaq sahəsinin isə mübahisəli ərazidən kənarda, kendin digər yerində yerləşməsi müəyyən olunmuşdur Mübahisəli ərazidə yerləşən 0.0724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları muəyyən edilmişdir Araşdırma zamanı sözügedən 0.0724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin "Torpaq sahasının planı və ölçusu sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyənolunmuşdur"Azerbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətlən (GPS) vasiləsilə ölçülərək, həmin sahələrın faklıkı sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdır. X1 və qeyrilərinin umumi birgə mülkiyyətində olan sözügeden 0,0724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahesi Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli ərazidə faktiki vəziyyətəuyğunumumiölçüsüsaxlanılmaqlaözəksinitapmışdırQərardadınüçüncüsuallarıüzrəİqtisadiy yat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin 07 11.2024-cu il tarixli 3-21-3-43/2- 3555/2024 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının 23 04 1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-0041 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Məmmədova (İsayeva) Xatire Möhsüm qızı və qeyrilərinin mülkiyyətlənnə verilmiş 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixlı ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmış 0,1443 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 12.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışla (ilkın huquqmüəyyənedici sənəd JN-40 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X5 və qeyrilərinin mulkiyyətlərində olan 0,0385 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli **********74 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-40 nömrəli "Torpağa mulkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh və qeyrilərinin mülkiyyətlərində olan 0,0724 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə naturada və sənəd uzrə ust-üstə düşməməsi müəyyən olunmuşdur Qərardadın dördüncü sualları üzrə ODL İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi saylı Lənkaran Ərazı İdarəsinin xx.xx.2024-cu il tarixli, 3-21-3-43/2-355632024 say mutaxassis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistminə əsasən araşdırma zamanı Astra rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-0041 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Məmmədova (İsayeva) Xatirə Möhsüm qızı və qeyrilərinin mülkiyyətlərinə verilmiş 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmış 0,1443 ha (faktiki 0,13 ha) hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,13 ha torpaq sahəsi üzərində çoxillik əkmələrin və tövlənin mövcud olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı «mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyylərində olan 0,18 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdeh şəxsin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, İddiaçı məxsus olan Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsi cavabdeh İddiaçı tərəfindən zəbt edilmişdir, bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9770 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,13 ha hissəsindən çıxarılmalı və Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,13 ha hissəsi İddiaçı sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,13 ha hissəsindən çıxarılsın. Astara rayonu, Qapçıməhəllə kəndində yerləşən 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,13 ha hissəsi İddiaçı sahibliyinə qaytarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar