Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-510/2023 17.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi başçısı yanında “Qəyyumluq və Himayə” komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi başçısı yanında “Qəyyumluq və Himayə” komissiyasının «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi başçısı yanında “Qəyyumluq və Himayə” komissiyası «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2016-cı il tarixdə X11 şəhərində doğulması faktının qeyd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi başçısı yanında “Qəyyumluq və Himayə” komissiyasının nümayəndəsi X4 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, 02 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşyayan binanın sakinləri ərizə ilə Ərizəçinə müraciət edərək həmin binada kirayədə yaşayan Gülnar və Ramilə adlı qadınların beş azyaşlı uşaqları təkbaşına buraxıb getmələrini həmin uşaqlardan birinin əlil olmasını bildirmişlər. Həmin Ərizəçi başçısı yanında “Qəyyumluq və Himayə” komissiyası tərəfindən araşdırılmışdır. Ərizəçi əməkdaşlarının xəbərdarlığından sonra Cəlilabad rayon sakini X5 2 nəfər azyaşlı uşağına sahib çıxmış, digər qadın Astara rayon Selekəran kənd sakini X3 biri əlil olmaqla 3 nəfər azyaşlı uşağı sahibsiz buraxmış və geri qayıtmamışdır. X1 06 fevral 2016-cı il təvəllüdlü Ayxan adlı uşağını X3 ev şəraitində doğmasına görə onun doğum haqqında şəhadətnamə verilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ayxan adlı uşağın atasının Elşad adlı şəxs olması müəyyən edilmişdir. X1 uşaqları X7 və Ayxan Əhmədov müvafiq Uşaq evlərində yerləşdirilmişdir. X13 sənədinin olmaması müəyyən çətinliklər yaradır. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Astara rayon Selekəran kənd sakini X1 xalasıdır. X3 06 fevral 2016-cı il təvəllüdlü Ayxan adlı uşağını Astara şəhərində ev şəraitində doğmuşdur. X3 hal-hazırda Astara rayonu ərazisində yaşamır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və Astara RİHB-nın Suparibağ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 22 may 1987-ci il tarixdə Astara rayonu, Seləkəran kəndində anadan olmuşlar, hal-hazırda Astara rayonu, Seləkəran kəndində yaşamır. Mülki işə əlavə edilmiş X1 Ərizəçində verdiyi izahatından məlum olur ki, o, 06 fevral 2016cı il təvəllüdlü X6 ev şəraitində Astara şəhərində dünyaya gətirmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X1 06 fevral 2016-cı il təvəllüdlü Ayxan adlı uşaq Astara şəhərində anadan olmuşdur. Lakin Ayxan adlı uşaq ev şəraitində doğulduğundan ona “Doğum haqqında şəhadətnaməsi” götürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 fevral 2016-cı il təvəllüdlü Ayxan adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Ayxan adlı uşağın doğum tarixi 06 fevral 2016-cı il, doğum yeri Astara şəhəri qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ayxan adlı uşağın doğum tarixi 06 fevral 2016-cı il, doğum yeri Astara şəhərində anadan olması, soyadı «Əhmədov», anasının adı «X3» müəyyən edilsin. Əhmədov Ayxan adlı uşağın doğum tarixi 06 fevral 2016-cı il, doğum yeri Astara şəhəri, anasının adı «X3»qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-510/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-510/2023
17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver