Məhkəmə qərarları › İş №2(018)-527/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-527/2025

19.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-527/2025 19.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “iş yerinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı və ödənilmiş mediasiya xərcinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “iş yerinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı və ödənilmiş mediasiya xərcinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində olan xx.xx.2024-cü il tarixli 3-19-60/3-1- 5-48/2024 saylı əmrinin ləğv edilməsi və Cavabdehndə xadimə işinə bərpa edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2025-ci il tarixdə barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin, cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İşəgötürən iddiaçını əvvəlki vəzifəsinə uyğun tam ştat əsasında yeni əmək müqaviləsi ilə işə qəbul edir.

2. İşçi bu sazişlə əvvəlki ştat əsasında işə bərpa olunmamaq şərtilə yeni müqavilə bağlanmasına razılıq verir.

3. Tərəflər arasında əmək münasibətləri xx.xx.2025-ci il tarixdən qüvvəyə minəcək 6 aylıq yeni müqavilə əsasında tənzimlənəcək. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun və İddiaçı Cavabdehnə qarşı “iş yerinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı və ödənilmiş mediasiya xərcinin ödənilməsi” tələbi barədə iddiası ilə əlaqədar Astara Rayon Məhkəməsinin icraatında olan 2(018)-527/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflər Azərbaycan Respublikası MPM-in 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar