Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-56/2025 11.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən mülkiyyətlərində olan 0,3395 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona və ailə üzvlərinə verilməsi, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə məxsus Astara rayonu, Şiyakü kəndində 0,3395 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu barədə çıxarış da verilmişdir. Torpaq sahəsi mülkiyyətlərində olmasına baxmayaraq Cavabdeh həmin torpaq sahəsini tam zəbt etmişdir. Belə olan halda onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. O, cavabdehə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüquqları məhkəmə tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Odur ki, Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən mülkiyyətlərində olan 0,3395 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona və ailə üzvlərinə verilməsi, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********35 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 03 iyul 2025-ci il tarixli, 10/4276 saylı rəyindən məlum olur ki, qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan Hüquqların dövlət geydiwani haqqında daşınmaz əmlakın dövlət EKSPERTİZANİN NOMROSİ: 10/4276 TARİXİ 3 iyul 2025-ci il reyestrindan xx.xx.2023-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxanga (ilkin hüquqmüeyyenedici soned JN-1337 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlet Akti asasında) ve **********24 revestr nömrall "Torpaq sahasinin planı ve ölçüsüne esasen X2 və ailə üzvlərinin Ümumi birgə mülkiyyətində olan Astara rayonu, Siyakü kəndi ərazisində yerlaşan 0.3395 ha kand təsərrüfatı təyinatlı torpaq sahesinin sərhədləri və döngə nöqtalarinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0.3395 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz emlakın dövlət reyestrindan "Torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun istənilməsi və həmin "Torpaq sahesinin planı ve ölcüsu sanədinin koordinatlarının faktiki vəziyyətdə natura ile va elece de faktiki vəziyyətdə iddia edilen torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci suah üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli, 01 saylı qərarı əsasında JN-1001 (KOD ********) nömrəli "Torpağa mulkiyyət hüququria dair Dövlət Aktı ilə cavabdeh X1 ve ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyəkü kəndi ərazisində yerləşən 0,38 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsinin üç (0.03 ha, 0,1076 ha ve 0,2462 ha) hissədən ibarət olması muəyyən olunmuşdur Araşdırma zamanı həmin 0,38 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0,2462 ha hissəsinin (digər hissələrinin isə mübahisə predmeti olmaması müəyyən olunmuş) yerləşməsi müəyyən olunmuş və həmin 0,2462 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,2462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən 0,2462 ha torpaq sahəsinin ümumi sahə göstəricisi saxlanılmaqla öz əksini tapması müəyyən olunmuş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən həmin 0,2462 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı Cavabdeh və ailə üzvləri tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatlarının həmin 0,2462 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan ilə üst-üstə düşməməsi (orta hesabla 67 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-327/2025 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteming esased araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa İlkın hüqfigmüəyyənedici sənəd JN-1337 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dowat Aku və **********24 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı ve ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Astara rayonu. Siyəkü kəndi ərazisində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,33 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki İstifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan və faktiki vəziyyətdə Cavabdeh faktiki istifadəsində olan mübahisəli 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün olmayaraq (2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"nda pay torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh məxsus çoxillik əkmələrin mövcud olmas müəyyən olunmuşdur. İşə əlavə edilmiş AZE ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cİ ildə Astara şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən 0,3395 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və digərlərinin ümumi birgə xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş, arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Seyidov küçəsi, 5 saylı evin 71 №-li mənzilində yaşayır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,33 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının 03 iyul 2025-ci il tarixli, 10/4276 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,0665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,033 ha hissəsindən çıxarılmalı, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməli,Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı məxsus olan Astara rayonu, Syakü kəndində yerləşən 0,3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,33 ha hissəsindən çıxarılsın. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-56/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-56/2025
11.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver