Məhkəmə qərarları › İş №2(018)-58/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-58/2024

05.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-58/2024 05.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh Feyzulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Feyzulla (Feyzi) oğluna qarşı piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Feyzulla (Feyzi) oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tutulmuş piyada və maşın yolunun zəbtdən azad edilməsi, gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, əvvəllər istifadə etdiyi piyada və maşın yolunun zəbtdən azad edilməsi və iddiasının təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Babək adına sovxozun xx.xx.1990-cı il tarixli 149 əmri ilə Astara rayonu Rüdəkənar kəndi ərazisində 0.06 hektar həyətyani torpaq sahəsi fərdi yaşayış evi tikməkdən ötrü mülkiyyətlərinə verilmişdir. 1992-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və hal-hazıra kimi həmin yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikasında torpaq İslahatı haqqında qanunun xx.xx.1996-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə görə “vətəndaşların qanunu istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz onlann mülkiyyətinə verilir. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə istifadələrində olan 0.06 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmiş və hansı ki, bu barədə JN -088A nömrəli “torpağın mülkiyyəti verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnaməyə və torpaq sahəsinin təhkim aktında göstərilən mülkiyyətlərinə verilən torpaq sahəsinə gediş-gəliş yolu (maşın yolu) nəzərdə tutulmuşdur. Həmin yol Babək adına sovxozun inşa etdiyi hamamın qarşısında olan torpaq sahəsindən keçirdi. Torpaq islahatı zamanı qeyd edilən hamam özəlləşdirilmişdir. Əvvəl hamam Mərhəmət Dadaşov tərəfindən alınmışdır. Sonrada o, hamamı X1. Cavabdeh hamamı aldıqdan sonra 1992-ci ildən yol kimi istifadə etdikləri torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Təxminən 2 ilə yaxın müddətdir ki, sənədlərdə yol kimi nəzərdə tutulan yoldan istifadə etmələrinə imkan vermir. Dəfələrlə yolun açılmasını tələb etsələr də nəticəsi olmamışdır. Hətda rayonun aidiyyəti orqanlarına müraciət etmiş ona təklif olumuşdur ki, məhkəməyə müraciət etsin. Beləliklə maşın və gediş-gəliş yolu cavabdeh tərəfindən zəbt edildiyindən, yol zəbtdən azad edilməli, orada tikilən hasar cavabdehin hesabına sökülməlidir. Cavabdeh tərəfindən tutulmuş piyada və maşın yolunun zəbtdən azad edilməsi, gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən alınaraq xeyrimə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh Feyzulla oğlu bildirdi ki, qeyd edilən torpaq sahəsini onun mülkiyyətindədir, onun mülkiyyətindən yol verilməsi barədə heç bir qeyd yoxdur. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Feyzulla oğlunu dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. İş materialında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 931 saylı Azərbaycan Respublikası Astara RİHBnın Suparibağ kənd İƏDÜN-nin arayışından görünür ki, Ağayev X2 rayonu Rudəkənar kəndində yaşayır. İş materialında olan “JN-088A KOD 80109028” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il tarixli Astara rayon Aqrar İslahat Komissiyasının 11 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialında olan xx.xx.1997-ci il tarixli vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi barədə 161 nömrəli sərəncamından görünür ki, Astara rayonu Rudəkənar kənd sakini İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsində layihə əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materialında olan xx.xx.1992-ci il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə dair aktdan görünür ki, 0.06 ha həyətyanı torpaq sahəsi Astara rayonu Rudəkənar kənd sakini İddiaçı daimi istifadə üçün təhkim edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məktubundan görünür ki,vahid daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış sənədinin surətindən görünür ki, Astara rayonu, Rüdəkənar kəndində 0.116 ha torpaq sahəsi Cavabdeh Feyzulla oğlunun xüsusi mülkiyyətindədir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/4079 saylı, 06 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə naturadakı yerləşmə yerinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün 0,17 ha olması və onların xüsusi mülkiyyətlərində olan sözügedən 0,06 ha torpaq sahəsinin faktiki İstifadələrində olan 0,17 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sənəd üzrə yəriəşmə yeri ilə naturadakı yerləşmə yerinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatları ilə faktiki istifadə vəziyyətindəki koordinatları arasında müəyyən qədər uyğunsuzluqların olması, sahə ölçüsünün isə faktiki vəziyyətin sənəd üzrə vəziyyətinə uyğun olması müəyyən edilmişdir. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı JN-088A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə şimal istiqamətdən (Cavabdeh Feyzulla (Feyzi) oğlunun faktiki istifadəsində olan torpaq sahəsi istiqamətindən) gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı torpaq islahatına dair kompleks, yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturada (yerdə) mövcud olmaması və eləcə də layihədə nəzərdə tutulan həmin gediş-gəliş yolunun naturaya (yerə) uyğun gəlməməsi müəyyən olunmuşdur. Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının Cavabdeh Feyzulla (Feyzi) oğlunun faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin (50 kv.m hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, digər hissəsinin isə Cavabdeh Feyzulla (Feyzi) oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Araşdırma zamanı JN-088A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulması, o cümlədən torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək tələbini irəli sürmək, qonşu torpaq mülkiyyətçiləri ilə bu barədə müvafiq razılıq əldə olunmadığı halda məkməmə qaydasında tələb etmək hüququ vardır Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatlarının Cavabdeh Feyzulla oğlunun faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuş, İddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin (50 kv.m hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********89 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh Feyzulla (Feyzi) oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, digər hissəsinin isə Cavabdeh Feyzulla (Feyzi) oğlunun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Araşdırma zamanı JN-088A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 33-16- 16/2-10/4079 saylı, 06 iyun 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/4079 saylı, 06 iyun 2024-cü il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Feyzulla oğluna qarşı piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Feyzulla oğluna qarşı piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar