Məhkəmə qərarları › İş №2(018)-584/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-584/2023

01.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-584/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdikləri mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və tutulmuş torpaq sahəsində əkilmiş sitrus və digər meyvə ağaclarının cavabdehin hesabına çıxarılması və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edib bildirdi ki, Astara rayonu, Ojakəran kənd ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,3362 ha torpaq sahəsi ailəmizin ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə hüquqları 28 mart 2022-ci il tarixdə ********* nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydə alınmışdır. Mübahisə edilən torpaq sahəsinin mülkiyyətimizdə olmasına baxmayaraq, cavabdeh X1 qanunsuz olaraq zəbt etmiş və torpaq sahəsini istifadə edir. Tərəfimizdən dəfələrlə tələb olunsa da cavabdeh özbaşınalıq hərəkətlərinə son qoymamış torpaq sahəsini zəbtdən azad etməmişdir. Odur ki, qanunsuz olaraq zəbt etdikləri mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və tutulmuş torpaq sahəsində əkilmiş sitrus və digər meyvə ağaclarının cavabdehin hesabına çıxarılması və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iidianı qəbul etməyərək bildirdi ki, o,həmin torpaq sahəsini iddiaçının valideynləri özünə məxsus olan torpaq sahəsi dəyişdirmişdir. Lakin hazırda mübahisə edilən torpaq sahəsinə dair onun adına sənədləşdirilmə aparılmamışdır. Onun torpağını isə qarşı satmışdır. Mübahisə edilən torpaq sahəsində meyvə ağacları əkmişdir. Hazırki mübahisə ilə əlaqədar o, iddiaçı tərəfə təklif etmişdir ki, razılığa gəlsinlər, lakin onlar razılığa gəlmək istəmirlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1985-ci il tarixdə Astara şəhərində anadan olmuş, Astara şəhəri, S.Vurğun küçəsi 4/15-də qeydiyyatdadır və yaşayır. Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 28 mart 2022-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,3362 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada ağaclar əkilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 28 mart 2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,3362 hektar torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilməli, zəbt edilmiş torpaq sahəsində əkilmiş sitrus və digər meyvə ağacları cavabdehin hesabına çıxarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin verilməsinə görəödənilmiş100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 28 mart 2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,3362 hektar torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilsin. Zəbt edilmiş torpaq sahəsində əkilmiş sitrus və digər meyvə ağacları Cavabdeh hesabına çıxarılsın. Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar