Məhkəmə qərarları › İş №2(018)-61/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-61/2023

28.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-61/2023 28.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarov Elvin Namik oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə haırlıq iclası keçirilərək məhkəmə baxışı iclasının keçirilməsi 28 dekabr 2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məlumat verilmişdir. Lakin İddiaçı Cavabdeh məhkəmə iclasları barədə olan bildirişləri almasına baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi barədə” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan aldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (MPM-in 260.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi barədə” barədə olan iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaç İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, ondan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar