Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-668/2023 08.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsinə Vəkil imza etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə olan 26 aprel 2023-cü il tarixli etibarnamədən görünür ki, İbadova Rufina Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən Vəkil 4 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamədə və iddia ərizəsinə əlavə edilmiş digər sənədlərdə Vəkil İddiaçı adından verilmiş iddia ərizəsini imzalamaq hüququnun olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim səndləri qeri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-668/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-668/2023
08.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver