Məhkəmə qərarları › İş №2(018)-672/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-672/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-672/2025 23.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Astara rayon Notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs3 maraqlı şəxslər qismində cəlb edilməklə «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rzayev X16 rayon Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5ndan miras qalmış Naz Lifan LF 7132/2-320 minik markalı, LLV1C2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi adına mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 xx.xx.1966-cı ildə mərhum X2 ilə ailə quraraq nikah münasibətlərinə daxil olmuşdur. X2 xx.xx.1991-ci vafat etmişdir. X5 xx.xx.2013-cü ildə vəfat etmişdir. Atası böyük vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və veteranlığına görə 2012-ci ildə dövlət tərəfindən Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim edilmişdir. Həmin avtomobilə dair sürücülük üçün etibarnamə atası tərəfindən ona verilmişdir. Lakin atası vəfat etdiyinə gör ona verilmiş etibarnamə qüvvədən düşmüş və hal hazırda Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adında qeydiyyatda qalmışdır. Adı çəkilən avtomobilin mərhum atasının adında qediyyatda olduğu üçün avtomobili texniki baxışdan keçirmək və icbari sığorta etmək mümkün olmur. Avtomobilə yazılan inzibati cərimələr belə X10 adına gəlməsi və s. kimi hallar ona bir sıra problemlər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Astara rayon Notariat ofisinin nümayəndəsi və Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası МPМ-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs8 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramla müraciət edərək Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi fatiki sahibliyində olduğunu qəbul etdiklərini, mübahisələndirmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev X16 rayonu, Ərçivan kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş, AC seriyalı 110498 nömrəli xx.xx.2013-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X10 mülkiyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli ƏN-İİ seriyalı 720399 nömrəli etibarnamənin surətindən görünür ki, X7 Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Ərizəçi etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli arayışdan görünür ki, X13 ilə X4 nikahı haqqında xx.xx.1961-ci il tarixdə 01 №-li akt qeydi Astara rayon Ərçivan qəsəbə icra nümayəndəliyində bağlanmışdır. İş materiallarına əlavə olunmuş Astara rayon Şöbəsi tərəfindən verilmiş AZ-T 251476 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş Ərizəçi atası Ərizəçi Ağadada oğlu, X2dır. İş materiallarına əlavə olunmuş AZ-İİ 407418 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 09 dekabr 2013-cü ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, miras qoyan xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 miras qalmış 07BE754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Astara RİHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 201 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 rayonu, Ərçivan qəsəbəsində Ərizəçi ilə bir təsərrüfatda yaşamışlar. İş materiallarına əlavə olunmuş Astara RİHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 200 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci ildə vəfat etmiş X1 rayonu, Ərçivan qəsəbəsində Ərizəçi ilə bir təsərrüfatda yaşamışlar. İş materiallarına əlavə olunmuş Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 Maraqlı şəxs2, X14, Maraqlı şəxs5, Maraqlı şəxs6, X18, X15 adlı birinci dərəcəli ailə üzvləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin həmin məcəllənin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ərizəçinin atası xx.xx.2013-cü ildə vəfat edən X8 miras qalmışdır. Hal-hazırda Ərizəçi X8 miras qalmış Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin X10 ölümündən sonra, özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Belə ki, avtomobil mərhum atasının sağlığında etibarnamə ilə onun istifadəsinə verilmiş və onun itifadəsində, həmçinin sahibliyində olmuşdur. Lakin, mərhum atası vəfat etdikdən sonra avtomobil öz sahibliyində olsa da, ondan istifadə edə bilməmişdir. Belə ki, mərhum atası vəfat etdiyindən etibarnamə də qüvvəsini itirmişdir. Avtomobili faktiki olaraq qəbul etmişdir, işlək vəziyyətdə saxlanılması üçün bütün təmir və s. xərcləri tərəfindən qarşılanır. Digər vərəsələrlə arasında mübahisə yoxdur. Hər kəs avtomobilin onun tərəfindən faktiki olaraq qəbul edildiyini tanıyır. Sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi və mirası faktiki olaraq qəbul etdiyinə dair sübutları olmadığına və bu sübutları başqa qaydada əldə edə bilmədiyi üçün ərizəçi mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında tanınması üçün ərizə verməkdə haqlı olmuşdur. Belə ki, ərizəçi mərhum atası öldüyü gündən istifadəsində olan Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik edərək və sahiblik etdiyini aşkar nümayiş etdirərək mirasın qəbul edilməsinin qeyri-formal üsulu ilə mirası qəbul etdiyini özünün konkret hərəkətləri və rəftarı ilə təsdiqləmişdir. Lakin, sənədləri olmadığı üçün həmin əmlakın idarəsini qanuvericiliyin tələbinə görə рэнфеф keçirə bilməmişdir. Digər vərəsələr də, avtomobilin ərizəçi tərəfindən faktiki qəbul edildiyini tanımışlar, mübahisə etmirlər. Bu səbəbdən X8 miras qalmış Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 miras qalmış Naz Lifan LF 7132/2-320 minik markalı, LLVİC2A15C0044868 ban nömrəli, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar