Məhkəmə qərarları › İş №2(018)-68/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-68/2023

05.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-68/2023 05.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «Fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi tələbinə dair» iddia ərizəsi ilə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları 27 aprel 2013-cü il təvəllüdlü X6 və 14 may 2015-ci il təvəllüdlü X7 ilə birlikdə Astara rayonu Burzubənd kəndində yerləşən qaynatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş evə istifadə hüququ verilməklə köcürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh1 ilə faktiki olaraq 08 iyul 2012-ci il tarixdə evlənmişlər. Nikahlarını isə 03 mart 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra qaynatası X1 istifadəsində olan torpaq sahəsində tikilmiş evdə yaşamışlar. 2021-ci ilin sentyabr ayında isə Cavabdeh1 valideyinlərinin təkidi ilə onu həmin evdən çıxartmışlar. Həmin evdə isə hal-hazırda Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. O, məcbur olub, öz valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda başqa bir yerdə yaşamağa yeri olmadığından o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi, verdiyi izahatında isə bildirdi ki, İddiaçı onun keçmiş arvadıdır. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar. İddiaçı öz istəyi ilə atası evinə getmişdir. Onların bir yerdə yaşamları mümkün deyildir. İddiaçı mübahisəli evdə yaşamaq hüququ yoxdur. Belə ki, iddia edilən fərdi yaşayış evi atasına məxsusdur və həmin evə iddiaçının heç bir aidiyyəti yoxdur. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Astara rayonu Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş və Astara rayonu Burzubənd kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayonu Kijəbə qəsəbə bələdiyyəsinin tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə yaşadıqları fərdi yaşayış evi X1 istifadəsində olan 0, 86 hektar torpaq sahəsində olmaqla X2 məxsusdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində yaşayış sahəsi (fərdi ev və mənzil) aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi faktiki olaraq X2 məxsus olmaqla, onun faktiki mülkiyyətindədir və onun gözlənilən mülkiyyəti hesab edilir. İddiaçı isə onunla həmin evdə yaşamasına dair hər hansı notarial qaydada müqavilə bağlamaışdır. Hazırda isə cavabdehlər iddiaçının həmin evdə yaşaması üçün razılıq verməmişlər. Bununla bağlı İddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

4. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

5. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

6. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mənzilə köçürülməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməyi tələbinə dair» iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar