Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-7/2024 06.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı Fəzrulla oğlunun vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Fəzrulla oğlunun Cavabdeh qarşı “Tikintinin sökülməsi və torpaq sahəsinin geri tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fəzrulla oğlu Cavabdeh qarşı “Tikintinin sökülməsi və torpaq sahəsinin geri tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışa əsasən xeyrinə hüquqi yüklü edlən şəxs kimi adına rəsmiləşdirilmiş, Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsinin 0,04 hektar hissəsində Cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Fəzrulla oğlunun vəkili və nümayəndəsi X2 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışa əsasən Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsi İddiaçı Fəzrulla oğlunun xeyrinə hüquqi yüklü edlən şəxs kimi adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 0,04 hektar hissəsi İddiaçı Fəzrulla oğlu ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 10000 (on min) manata Cavabdeh satılmışdır. Həmin 0,04 hektar torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi də tikilmişdir. Ancaq Cavabdeh həmin 0,04 hektar torpaq sahəsini rəsmiləşdirməkdən imtina edir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı Fəzrulla oğluna məxsus olan və Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsini zəbt etməmiş, orada tikili tikməmişdir. İddiaçı Fəzrulla oğlunun tələb etdiyi yer isə ona məxsus deyildir. Buna baxmayaraq iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahalartını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı Fəzrulla oğlu 28 avqust 1957-ci il tarixdə anadan olmaqla ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Fəzrulla oğlu Məhkəməyə müraciət etmək üçün 100 (otuz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışdan məlum olur ki, Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsi İddiaçı Fəzrulla oğlunun xeyrinə hüquqi yüklü edlən şəxs kimi adına rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2024-cü il tarixli, 3- 16-16/2-10/9393 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-3203/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışa ilə Bank of Baku ASC-nin hüququ yüklü edilən (İddiaçı Fəzrulla oğlunun xeyrinə hüquq yüklü edilən) Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 1,0 hektar torpaq sahəsinin 26 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bank of Baku ASC-i tərəfindən satın alınması müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3203/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışa ilə Bank of Baku ASC-nin hüququ yüklü edilən (İddiaçı Fəzrulla oğlunun xeyrinə hüquq yüklü edilən) Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, reyest nömrəsi **********08, qeydiyyat nömrəsi **********3 və qeydiyyat tarixi 01 avqust 2018-ci il olan Çıxarışa ilə Bank of Baku ASC-nin hüququ yüklü edilən (İddiaçı Fəzrulla oğlunun xeyrinə hüquq yüklü edilən) Astara şəhəri H.Aslanov küçəsində yerləşən 1,0 hektar torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir, tutulmamışdır. Belə olan halda Cavabdeh tərəfindən həmin 1,0 hektar torpaq sahəsinin 0,04 hektar hissəsində fərdi yaşayış evi və ya başqa bir tikili tikməsi də mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ:
İddiaçı Fəzrulla oğlunun Cavabdeh qarşı “Tikintinin sökülməsi və torpaq sahəsinin geri tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.